17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Kriminal 21.01.2021 417

Bakıda quldurluq etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Qurban Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Operativ24.Az-ın demokrat.az-a istinadən xəbərinə görə, cinsi azlığın nümayəndəsi olan Qurban Rzayev ötən ilin aprelin 20-də, gecə saat 02 radələrində Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında dayanaraq cinsi əlaqədə olmaq üçün müştəri gözləyərkən avtomobil yolu ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21011” markalı avtomobilin sürücüsü Rüfət Yunusovun idarə etdiyi avtomobilini onun dayandığı yerdə saxlayaraq sonuncuya oral yolla cinsi əlaqədə olmaq istədiyini təklif edib, qarşılığında hansı məbləğdə pul alacağını soruşub.

İntim əlaqə və quldurluq

Qurban Rzayev Rüfət Yunusovla oral yolla cinsi əlaqədə olmağa etiraz etməyib və həmin əlaqəyə görə qabaqcadan 10 manat məbləğində pul alacağını bildimb. Aralarında olan razılaşmaya əsasən Qurban Rzayev Rüfət Yunusovun idarə etdiyi avtomobilin ön sağ oturacağında əyləşib və rahat şəkildə cinsi əlaqədə olmaq üçün sonuncuya avtomobili heç kimin olmadığı Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın arxa tərəfinə sürməsini təklif edib.

Onlar birlikdə həmin ünvana getdikdən sonra Rüfət Yunusov onunla idarə etdiyi avtomobilin ön hissəsində qabaqcadan 10 manat məbləğində pul əskinası verməklə oral yolla cinsi əlaqədə olub. Həmin vaxt Qurban Rzayev Rüfət Yunusovun üzərində pulunun olmasını görüb. O, həmin pulları ələ keçirmək üçün üzərində olan ülgücü çıxarıb və Rüfət Yunusova tutaraq öldürəcəyi, sifətində çapıq izi qoyacağı ilə davamlı hədələr edib, 100 manat məbləğində pulu alıb.

“Həmin əraziyə “Şamlıq” deyirlər”

İstintaq orqanı tərəfindən Qurban Rzayevin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qurban Rzayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Qurban Rzayev ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Bakı şəhərində kirayədə yaşayıb: “Cinsi azlığın nümayəndəsiyım və son 4 ildir ki, cinsi azlıq kimi kişilərlə görüşürəm. Adətən kişi müştərilərlə görüşmək üçün günün qaranlıq vaxtları Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın qarşısında oluşam. Həmin binanın qarşısında çoxlu sayda şam ağacları olduğu üçün çox zaman həmin əraziyə “20 Yanvar” da yerləşən “Şamlıq” deyirlər”.






Starxeber Bizi instagramda izləyin