17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"
Sosial 16.03.2024 199

Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir. Bu tədbirlər bəşəriyyəti narahat edən problemlərə həsr edilir və həll yolları müzakirə olunur. Martın 14-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə Bakıda "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu öz işinə başladı. Qlobal Bakı Forumu dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə bir sırada dayanır. Hər il olduğu kimi bu dəfəki Forumda da dünyanı narahat edən problemlərə toxunuldu. Forumda Prezident cənab İlham Əliyev hələ də dünyada ikili standartların mövcudluğu, 30 ildən çoxdur Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi, Fransanın ölkəmizə qarşı apardığı düşmənçilik və vandalizm hərəkətləri, eləcə də bu gün beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzu barədə çıxış etdi. 

XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonağın iştirak etməsi Forumun böyük nüfuza malik olmasının sübutudur. 
Son dövrlər müasir dünyada mürəkkəb qeosiyasi vəziyyət hökm sürür, dövlətlər arasında böyük müharibələr gedir, yeni qarşıdurma ocaqları meydana çıxır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzin üzvü olan və dünyada tanınmış və nüfuzlu siyasətçilərin təcrübəsi, biliyi bu problemlərdən çıxış yolunun tapılmasında mühüm rol oynaya bilər. 
Çıxışında ölkə başçımız son bir il ərzində regionda baş verən dəyişikliklər, eləcə də bu müddətdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Azərbaycanla Ermənistan arasında müharibənin baş vermə səbəbləri və bu gün də iki dövlət arasında sülh sazışının imzalanmasında Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ilə bağlı qonaqlara ətraflı məlumat verdi. 
30 il Azərbaycan torpaqlarını Ermənistanın işğalda saxlamasına bəzi beynəlxalq təşkilatlar və dövlətlər də yardımçı olmuşdular. ATƏTin Minsk qrupu 28 il ərzində yalnız Ermənistanın işğalçılıq siyasətinə don qeyindirməyə çalışırdı. Minsk qrupunun və Fransanın Ermənistana dəstək verməsi bu ölkənin Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməsinə və təxribat xarakterli bəyanatlar səsləndirməsinə rəvac verirdi. Bütün bu təzyiq və təxribatlara baxmayaraq Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdi və 2023-cü ildə 23 saat davam edən antiterror tədbirlərindən sonra Azərbaycan suverenliyini tam bərpa etdi. Lakin Fransa hər zaman Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına bütün vasitələrlə mane olmağa cəhd edir. Azərbaycanın uğurunu, qələbəsini həzm edə bilməyən Fransa 5 dəfə BMT TŞ da Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə cəhd göstərdi. Siyasi arenada hər dəfə Azərbaycana məğlub olan Fransa, Azərbaycan şairi Natavanın Eviyan şəhərində ucaldılmış heykəlinə qarşı vandalizm hərəkətləri törətdi. Bu Makron hakimiyyətinin Azərbaycan dövləti qarşısında acizliyinin nümunəsidir. 
Fransanın Azərbaycana qarşı yönəltdiyi bu cür düşmənçilik siyasətinə baxmayaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artır. Dünya dövlətləri COP-29 kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsinin lehinə yekdilliklə səs verdilər. Azərbaycanın həyata keçirdiyi layihələr bəşəriyyətin üzləşdiyi problemlərin həllinə xidmət edir.

Kamilə Əliyeva 
Milli Məclisin deputatı, professor






Starxeber Bizi instagramda izləyin