17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı
Siyasət 10.03.2024 174

Prezident cənab İlham Əliyev hər zaman dövlətin inkişafının sürətləndirilməsi üçün islahatların aparılmasının vacibliyini vurğulayır. Aparılan islahatlar ölkəmizin sosial-iqtisadi vəziyyətinə müsbət təsir etməklə yanaşı cəmiyyətdə dövlətə, dövlət başçısına inamı artırmışdır. 2018-ci ildən başlayaraq Prezident cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi və yerli icra strukturları da daxil olmaqla bütün sahələrdə köklü islahatlara start verildi.

Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı. V çağırış Milli Məclis özünün buraxılması və vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul etdi. 2020-ci ilin fevral ayında VI çağırış Milli Məclisə deputat seçkiləri baş tutdu və parlamentə təcrübəli deputatlarla yanaşı savadlı gənclərimiz də seçildi. Ölkə başçımız cənab İlham Əliyev 10 mart 2020- ci il tarixdə VI çağırış Milli Məclisin ilk iclasında ölkədə aparılan dərin islahatlar barədə ətraflı çıxış etdi.
Azərbaycanda keçirilən parlament seçkilərinı müşahidə edən bütün beynəlxalq təşkilatlar seçkilərin demokratik, tam şəffaf şəraitdə keçirildiyini qeyd etdilər. Vl çağırış Milli Məclis çoxpartiyalı parlament olaraq formalaşdı. Azərbaycanda fəaliyyət göstərən əksər siyasi partiyalar seçkilərdə iştirak etmişdilər. Müxalifət partiyalarının nümayəndələrinin VI çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunması sübut edir ki , Azərbaycanda demokratik dəyərlərə, eləcə də siyasi münasibətlərin sağlamlaşdırılmasına böyük əhəmiyyət verilir. 
Milli Məclisdə çıxışında Prezident cənab İlham Əliyev deputatlar qarşısında böyük vəzifələrin durduğunu, Azərbaycan dövlətinin güclənməsi və xalqın rifahının yüksəldilməsi üçün möhkəm əsasları olan qanunların qəbul edilməsinin vacibliyini vurğuladı. Prezident cənab İlham Əliyev aparılan kadr islahatlarında gənclərə böyük etimad göstərərək onları yüksək vəzifələrə təyin etdi. Ölkə başçımız hər zaman Azərbaycanın xoşbəxt gələcəyinin gənclərdən asılı olduğunu vurğulayır. Vəzifəyə təyin olunmuş gənclərimiz də Prezident cənab İlham Əliyevin onlara göstərdiyi etimadı doğrultmağa çalışırlar. Azərbaycanda aparılan bu köklü islahatlar ölkəmizin güclənməsinə xidmət edən amillərdəndir. 
Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artmaqdadır. Ölkəmiz dünyada iqtisadi, siyasi cəhətdən güclü bir dövlətə çevrilmişdir. Azərbaycanın bu inkişafını gözü götürməyən bəzi xarici qüvvələr ölkəmizdə yeni beşinci kalon yaratmaq niyyətindədir. Bu yolu tutanlar bilməlidilər ki, Vətənə, dövlətə, xalqa qarşı xəyanət ən böyük cinayətdir. 
Bu gün ölkəmizdə siyasi sabitlik hökm sürür. Hər bir Azərbaycan vətəndaşı bu sabitliyi, əmin-amanlığı qorumağa borcludur. Prezident cənab İlham Əliyev tərəfindən aparılan bütün islahatlar Azərbaycan dövlətinin milli maraqlarına xidmət edir. 

Kamilə Əliyeva, 
Milli Məclisin deputatı, professor






Starxeber Bizi instagramda izləyin