17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Daim 23 yaşında qalacaq Albert Aqarunov
Sosial 22.03.2024 141


Albert Aqarunoviç Aqarunov ( 25 aprel 1969 , Bakı - 8 may 1992 , Şuşa) Azərbaycan hərbçisi Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. Əslən dağ yəhudisi olan Aqarunov 1980-cı illərin sonlarında Sovet Ordusu sıralarında xidmət etmiş, sonra Suraxaniya işləməyə qayıtmışdır. 

Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş Aqarunov, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Fizuli, Laçın bölgələrində vurulmuşdur. O, sonradan tank komandiri kimi Şuşaya yollanmiş, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş ,erməni komandir Qaqik Avşaryanı məğlub etmişdir. O daha sonra Şuşa-Laçın yoluna irəliləyiş, döyüş əsnasında tankdan ənmiş , həlak olanların üzərindən kəcməsin deyə sürücüyə göstərərkən şəhid olmuşdur. 

Aqarunov ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür. O bu ada layiq görülən ilk hərbiçilərdən olmuşdur. Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir, irsi ən çox yad edilən müharibə qəhrəmanlardandır. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.
Albert Abramoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərinin Orcokinikidze rayonun Əmircan qəsəbəsində anadan olmuşdur. Səkkiz qardaş və iki bacısı olan Albert ailəsinin sonbeşiyi di .Əslən dağ yəhudisi olan Aqarunovun ailəsi Quba rayonun Qirmizi Qəsəbəsindən idilər, onlar sonradan Əmircana köçmüşdülər . Albertin atası Aqarunov neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində calişib. Anası Lio sovet hökuməti tərəfindən "Qəhrəman Ana " adına layiq görülmüşdür, bu titul çoxsaylı uşağı olan analara verilirdi. 
Albert uşaq yaşlarından musiqilə maraqlanmış musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdir. Aqarunov Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirmiş, 101 sayli texniki-pəşə məktəbində sürücü-məxanik pəşəsinə yiyələnmişdir. 

O , 1987 -ci ildə SSRİ ordu sıralarında herbi xidmətə çağırılmışdı. Gürcüstanın Axalkalaki rayonunda xidmətlə başlayan Aqarunov starşına rütbəsi alaraq tank komandiri olmuşdur. 1969cu ildə ildə ordudan tərxis olunmuş ,bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir. 

1990 -cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın bütün yəhudi sakinləri həm zorakılıqdan, həm də hərbi xidmətdən yayınmaq üçün Israilə, Avropaya və ya ABŞ-yə müraciət etmək imkanına malik idilər. Ailəsinin digər üzvləri ölkədən xaricə köçsə də, Aqarunov Azərbaycanda qalmış və 1991 -ci ildə cəbhə bölgəsinə könüllü getmişdir. Əsgər yoldaşları tərəfindən əla atıcı və tankçi hesab edilən Aqarunov tank briqadasının tərkibində kapitan rütbəsində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vurulmuş, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbiçilərdən biri olmuşdur .Orduda kifayət qədər təlimatçı olmadığından Aqarunov əsgər yoldaşlarına T -72 tankını idarə etməyi öyrədirdi. O sonra Elçin Məmmədovun başçılıq etdiyi 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədə tank komandiri təyin edilmiş və Şuşa cəbhəsinə göndərilmişdir. O Xankəndi Daşaltı, Cəmili istiqamətlərində erməni qüvvələri ilə gedən intensiv döyüşlərdə iştirak etmişdir. Azərbaycan mənbələrinə görə, Aqarunov 1991 -ci ilin dekabrında erməni qüvvələrinə aid bir neçə tankı və zirehli vasitəni zərərsizləşmişdir. Həmçinin onun erməni qüvvələrinə aid iki tank bir birinə yaxınlaşan zaman bir mərmi ilə iki tankı vurduğu iddia edilmişdir. Buna görə də bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu " adını almışdır. Ermənilər bu səbəblərə görə onun başına 5 milyon rubl mükafatı qoymuşdular.
Şuşa döyüşü. 

Şuşa döyüşü 1992-ci ilin yazinda Azərbaycan müqavimətinin yeganə mühüm mərkəzi idi.
Şuşa Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə gedən yolda yerləşirdi və regionda Azərbaycanın nəzarət etdiyi ən böyük məntəqə idi. Bu səbəbdən erməni hərbi komandanlığı öz səylərini Şuşanı ələ keçirməyə yönəltdi və nəticədə, müharibənin episentri Şuşaya keçdi.

Artiq 7 mayda azərbaycanlı hərbiçilərin çoxu Şuşanı tərk etmişdi və erməni qüvvələri gecə saatlarında şəhərə hücum etməyə başlamışdı. Aqarunov Şuşada qalan son azərbaycanlı hərbiçilərdən biri idi . Gün ərzində şəhərin şimalındaki telləqulə və şərqindəki həbsxana uğrunda şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gədən yola sürürdü və bu əsnada Aqarunov tankı peyda oldu. Her iki tank 350 metr məsafədən bir birinə atəş açmağa başladı. Avşaryanın tankı üç dəqiq zərbədən sonra çalışdı, özü isə lyuku acib çölə atlamaga bacardı, lakin sürücüsü və aticisi həlak olmuşdur. Bu hadisə nəticəsində ağır yaralanan Avşaryan sonradan Aqarunov haqqinda "o əla atıcı idi " demişdir. Bu Birinci Qarabağ müharibəsi zamanı ilk tank döyüşü idi və dövrün mətbuatında geniş işıqlandırmişdir. Müharibədən sonra ermənilər Avşaryanın T-72 tankını bərpa edib yenidən rəngləyərək onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə kimi ucalmişdi. Həmin abidə 2023 cü ilin sentyabrında Qarabağda baş tutan döyüşlər zamanı yığışdırıldir. 

Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləmişdir. O burada tankının sürücüsünə həlak ölmüş həlak azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən kəcməməyi tapşırmışdı və ona yol göstərmək üçün tankdan enmişdi. Bu zaman o , erməni snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur. Artiq ermənilərin hücumu dayandırmışdı, Azərbaycan hərbi komandanlığı isə ermənilər gəri çəkildiyini döyünmüşdü. Onlar bu fasilədən şəhəri tərk etmək üçün istifadə etdi və erməni qüvvələri 9 mayda səhər saatlarında boş olan Şuşanı işğal etmişdir.

Aqarunovun nəşi xəstəxanaya göndərilmiş, oradan isə helikopterlə Bakıya aparılmalıdır. Kapitan 11 mayda Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmiş, mərasim eyni vaxtda molla və ravvin tərəfindən keçirilmişdir.
Azərbaycanda Aqarunovun irsinə böyük hörmət və ehtiram göstərir, o, milli qürur simvoluna çevrilmişdir. Aqarunov Azərbaycanda irsi ən çox yad edilən müharibə qəhrəmanlardandır. Ölümündən sonra azərbaycanlı əsgərlər tankıarda "Albert " adini yazmışdır. Həmin tank hal hazırda Aze Hərb Tarixi Muzeyində yerləşir. Vaxti ilə təhsil aldığı 154 sayli məktəb onun adını daşıyır və məktəbin önündə büstü qoyulmuşdur. Bakıda və Qubada onun şərəfinə lövhələr qoyulmuşdur. Azərbyacan Silahlı Qüvvələri Aqarunovun tankının adini dəyişdirərək onun adını vermişdi. 2004 - cü ildə Bakıda 
Xabad- Or-Avner təhsil mərkəzində Aqarunovun xatirəsinə muzeyin açılışi keçirilmişdir. Azərbyacan Prezidenti İlham Əliyev fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilmiş , həmin küçədə onun heykəli ucaldılmışdir.

2010 -ci ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhrəmanları "silsiləsindən Aqarunov haqda "Dostuma məktub " filmi çəkmişdi. 2017 -ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında " Yaşadığım torpaq " sənədli filmini çəkmişdir. 

Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbyacanın Milli Qəhrəmanı Albert Aqarunovun tərəfindən məhv edilmişdir. 
Birinci Qabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı edilərək Xankəndi-Şuşa yolunda, Şuşa şəhərinin girişində Şuşada tuşlanmiş vəziyyətdə abidə kimi quraşdırılmışdir. 2023 -cü il 19 sentyabrda keçirələn antiterror əməliyyatlarından sonra həmin tank ordan götürülmüş və Bakıya Hərbi Qənimətlər Parkı'na gətirmişdir.

Azərbyacan Prezidentinin 7 iyun 1992 -ci il tarixli 883 saylı fərmanı ilə Aqarunov ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O , bu ada layiq görülən ilk əsgərlərin biri olmuşdur. Medal Aqarunovun bacısı Sofiya Məmmədova 1998 -ci ildə Azərbaycan Prezident Heydər Əliyev tərəfindən təqdim edilmişdir. Aqarunov həmçinin 2014-cü ildə "Vətən Övladı " ordeni, 2016 -ci ildən isə "Həzi Aslanov " ordeni ilə təltif olunmuşdur.


Müəllif: Quliyeva Firəngiz Eyvaz qızı

Azərbaycan Tibb Universiteti, baş müəllim, biologiya üzrə fəlsəfə elmləri doktoru.






Starxeber Bizi instagramda izləyin