17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır
Sosial 8.03.2024 214

Prezident cənab İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır. Cənab Prezident hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qisminə fəxri adlar verir, digər qrupunu Azərbaycanın orden və medalları ilə təltif edir. 

Azərbaycan qadını tarix boyu dövlətinə sədaqəti və sadiqliyi ilə seçilmişdir. Azərbaycanın müstəqil dövlət quruculuğunda qadınlarımız böyük fədakarlıq, qəhrəmanlıq nümayiş etdirmişdilər. Ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycan xanımları ölkənin inkişafında, tərəqqisində böyük rol oynayır. Qadınlarımız ölkənin ictimai siyasi həyatında, dövlət quruculuğu işlərinə böyük töhfələr verirlər. Respublikamızda bütün sahələrdə qadınlarımız fəaliyyət göstərir, dövlətə layiqli xidmət edirlər. Dünyada Ana adını Azərbaycan qadını qədər uca tutan heç kəs ola bilməz. Tarix boyu Azərbaycan qadını öz Vətəni uğrunda savaşlarda iştirak etmişdi. Birinci və ikinci Qarabağ müharibəsində də Azərbaycan qadını böyük şücaət və qəhrəmanlıq göstərmişdi.
 Dünyada əsrlər boyu dövlətçiliyi olan bir çox ölkələrdən əvvəl Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilmişdir. Azərbaycan dilinin qorunması, milli dəyərlərimizin bu günə qədər saf və təmiz şəkildə gəlib çıxması, milli irsimiz olan şifahi xalq ədəbiyyatının qorunub saxlanması, ağbirçək analarımızın müdrikliyi sayəsində olmuşdur. 
Ölkəmizdə qadınların dövlət siyasətindəki fəaliyyəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider bütün sahələrdə qadınlara xüsusi yer ayırırdı. Məhz ulu öndərin qayğısı sayəsində Azərbaycanda lider qadınlar yetişdi. Heydər Əliyev dövlət quruculuğunda qadınların rol oynamasına xüsusi diqqət ayırırdı. 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz bacarığı, liderlik xüsusiyyətləri ilə dünyada Azərbaycan qadınının nüfuzunu qaldırdı. Bu gün Mehriban xanım yorulmadan fədakarlıqla bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ edir. Mehriban xanımının xidmətidir ki, bu gün Azərbaycan muğamı bütün dünyaya səs salıb, Azərbaycan xalçaları dünyanı heyrətə gətirib. Məhz Mehriban xanımın sayəsində bir çox milli- mədəni irsimiz Ümümdünya İrs siyahısına daxil edilib. Mehriban xanımın bütün dünyada həyata keçirdiyi humanitar aksiyalar sayəsində Azərbaycanın dostlarının sayı hər gün artmaqdadır. Mehriban xanımın başçılıq etdiyi Heydər Əliyev Fondu yarandığı vaxtdan dünyada Azərbaycanın humanitar və mədəni, diplomatik nümayəndəsi missiyasını yerinə yetirir. Mehriban xanım Azərbaycan qadınının mərhəmət və xeyirxahlıq, yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir. 
Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu vaxt Azərbaycan qadını gənc nəslin milli ruhda böyüməsi və tərbiyə olunması işini şərəflə daşıdı. Azərbaycan xanımı Zəfər uğrunda övladlarını şəhid verdi, amma sınmadı. Dövlətimiz şəhid analarını hər zaman uca tutur. 
Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində bu gün Azərbaycan qadınının cəmiyyətdə nüfuzu artmaqdadır. Ölkəmizdə qanunverici, icraedici orqanlarda, məhkəmə, hüquq-mühafizə sistemlərində qadınlarımız dövlətə, xalqa şərəflə xidmət etməkdədir. Qadın hüquqlarının qorunmasında və dövlət siyasətində qadınların rolunun daha da artırılması üçün ulu öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev çoxlu sayda Fərman və Sərəncamlar imzalamışlar.
Qəbul edilmiş bu qanunlar bir daha sübut edir ki, qadınlarımız hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq hər zaman dövlət qayğısı ilə əhatə olunmuşlar.
 
Kamilə Əliyeva
Milli Məclisin deputatı,
professor






Starxeber Bizi instagramda izləyin