22:28 Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi... Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək?  |     22:26 Şəhid ailələrini Mahsun Kırmızıgüllə görüşdürdü  |     00:13 Elşən Gəncəvi “Azərbaycan Brendi 2024” mükafatına (Brand of Azerbaijan Awards 2024) mükafatına layiq görülüb  |     14:59 Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb  |     18:51 Erməni kilsəsi təxribat yuvasına çevrilir | Ədalət Verdiyevin yazısı  |     11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |    
Zəfərnamə: 4-dən 44-ə
Sosial 3.04.2024 194

Zəfərnamə: 4-dən 44-əbackend


Müasir Azərbaycan hərb tarixinin ən unudulmaz və qürurlu anları sözsüz ki, 2020-ci il 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrda cəmi 1 gün davam edən antiterror əməliyyatlarıdır, hansı ki, bu iki əlamətdar hadisə ilə Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın düşmən nəzarətində olan tarixi torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin bütövlüyü bərpa olundu.
Təbii ki, bu qələbələrin əldə olunması heç də qısa zamanın bəhrəsi deyildi. İllərlə düşmənin yenilməzlik mifinin dağılmasının carçısı 2016-cı ilin aprel ayının əvvəllərində baş verən 4 günlük “Aprel döyüşləri” olub.
2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın təmas xəttinə yaxın mövqelərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutdu. Baş verənlər fonunda ordumuz cavab tədbirləri həyata keçirərək düşməni itkilərə məruz qoydu.

Ümumilikdə döyüşlərinin dayandırılması tarixinə – 5 aprel 2016-cı il tarixinədək 4 günlük döyüşlər müddətində Azərbaycan bir sıra əhəmiyyətli nailiyyətlər qazandı. Belə ki, 1994-cü ildə bağlanmış atəşkəs müqaviləsindən sonra ən böyük hərbi münaqişə olan “Aprel döyüşlər”i nəticəsində 2 000 hektardan artıq ərazi azad edilib, daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Həmçinin, döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Sözsüz ki, qısa zamanda əldə olunan uğurlar bizə itkisiz başa gəlməyib. Döyüşlər zamanı 100-ə yaxın hərbçimiz şəhid olub, hər zaman olduğu kimi, döyüş meydanında məğlubiyyəti həzm etməyən düşmən mülki əhalini atəşə tutması nəticəsində mülki əhali arasında ölən və yaralılar qeydə alınıb.

Ümumiyyətlə, Aprel döyüşləri həmin dövrdə regionun tarixində dərin iz buraxdı və Qarabağ ətrafındakı siyasi vəziyyətə ciddi təsir göstərdi. Eks-prezident Serj Sarkisyanın cinayətkar rejiminin girovuna çevrilən erməni xalqı aprel döyüşlərindən sonra öz taleyi haqqında daha çox düşünməyə başladı. Çünki aprel döyüşləri sübut etdi ki, Ermənistan ordusunun yenilməzliyi ilə bağlı yaradılmış mifdən başqa bir şey deyil və Azərbaycan əsgəri daha güclü, peşəkar və qətiyyətlidir. Eyni zamanda, bu döyüşlərdəki məğlubiyyət Ermənistanda hakimiyyət dəyişikliyinin, siyasi böhranın başlanğıcı oldu. Bunun nəticəsi kimi 2 il sonra Serj Sarkisyan devrildi, 2018-ci ilin aprelində Ermənistanda yeni siyasi qüvvələr hakimiyyətə gəldi.
Aprel zəfəri həm də mənəvi-psixoloji baxımdan da mühüm əhəmiyyət kəsb etdi. Bu, ilk növbədə, xalqımıza qələbə sevinci yaşatdı, dövlətimizin və ordumuzun qüdrətini, xalqın sarsılmaz birliyini, yüksək vətənpərvərlik ruhunun nümayişinə çevrildi. Aprel döyüşlərindən sonra Azərbaycanlı məcburi köçkünlər bərpa işlərindən sonra tarixi yurd yerinə qayıtdılar və beləliklə, aprel qələbəsi Böyük Qayıdış prosesinin başlanğıcı oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu qələbənin yekunu olaraq səkkiz il öncə Lələtəpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız bu gün Xankəndidə, Şuşada və digər işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Böyük Zəfər dediyimiz də elə budur.
4 günlük müharibədən başlayan zəfər estafetimiz 44 günlük şanlı tarixə çevrildi. Bizə bu anları yaşadan bütün şəhidlərimizin qarşısında baş əyirik.

Rəşad Bayramov
“İctimai.az” İnformasiya portalının rəhbəri
Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nəsimi rayon təşkilatı ƏPT sədr müavini






Starxeber Bizi instagramda izləyin