17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər
Sosial 15.03.2024 485

Elm və təhsil naziri Emin Əmrullayev ən gənc nazirlərdən biridir. 1.5 ildir ki, ölkənin "baş müəllim"i olan Əmrullayev təhsil adamı olsa da, idarəçilik bacarıqları çox zəifdir. Fəaliyyəti dövründə ciddi uğura nail olmayan təhsil funksionerinin dövründə, ancaq müəllimlərin hörmətdən düşməsinin, şagird tərbiyəsizliyinin, gənclərin ideoloji çöküşünün şahidi olmuşuq. 

Ölkə təhsili rəsmən çöküb, inkişafı üçün Emin Əmrullayevin vəzifədə qalması üçün istənilən 3-5 illik plan yox, onillik inqilab lazımdır. Əmrullayev təhsil sahəsindəki biliklərini heç cür həyata keçirə bilmir, təhsil hüququndan xəbərsizdir. Yanlış idarəçilik ucbatından sabahı sual altında olan təhsil və ümidsiz gənclik formalaşır

Müəllim hüququnu, şagird etikasını tənzimləyə bilməyən nazir, kiminsə məsləhəti ilə mətbuat və ictimaiyyətin tənqidlərinə qarşı "layihələr" həyata keçirməyə çalışır. Nazirin bu istiqamətdə ilk rotasiyası 2 sələfi ilə çalışmış Cəsarət Valehovu işdən uzaqlaşdırıb yerinə mətbuatla bir müddətlik burun-buruna gələ biləcək daha gənc Səbuhi adlı nəfəri yerinə təyin etmək oldu. Növbəti layihələr "cızan" zaman mətbuatı aşağılamaq - "palçıq" etmək niyəti ilə TV-lərdə yayımlanan serialların birində sifarişli epizod hazırlanıb. Epizodda özlərinin də xəbəri olmadan müəllimi "razborşik" kimi təqdim ediblər, uşaqların gələcək davalarına zəmin yaradıblar. Bu davalar da məlumdur ki, nə ilə nəticələnə bilər. Zatən məktəblərdə hansı hadisələrin baş verdiyinin zaman-zaman şahidi oluruq. 


Emin Əmrullayev səmimi olmağa çalışıb, düzdür, son zamanlar mətbuat konfranslarında say-seçmə mətbuat dəvət olunur ki, baş müəllimə artıq suallar verilməsin. E.Əmrullayevin nazir təyin olunması böyük son dönəmlər gənc kadrlara üstünlük verilməsindən qaynaqlandı. Amma görünən budur ki, gənclər də, funksioner kimi hər zaman özünü doğrultmur. Məncə, baş müəllim rotasiyanı tənqidlərə qarşı yox, təhsilə qarşı, müəllimlərin müdafiəsinə, rahat həyat şəraitinə, şagirdlərin ideologiyasına qarşı təşkil tətbiq etsəydi daha uğurlu olardı. Ancaq hazırda təhsildə uğursuzdur... 


Ağa Dadaşzadə






Starxeber Bizi instagramda izləyin