17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“İMZA”-da yeni təyinatlar olub
Sosial 29.02.2024 223

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinatlar olub.


Bu barədə qurumun Beynəlxalq və ictimai əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli məlumat verib.

Məlumata görə, Birliyin sədri Xəyyam Əsgərovun müvafiq əmrinə əsasən, Rəna Əkbərova “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi sədrinin köməkçisi və Təşkilatın rəsmi saytının baş redaktoru, Emin Qəribli sədrin sosial-iqtisadi məsələlər üzrə müşaviri, Raman Abışov isə sədrin hüquqi məsələlər üzrə köməkçi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin qarşısına qoyduğu əsas məqsəd ilk növbədə Azerbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın genişmiqyaslı, milli və dövləti maraqlarımıza xidmət edən siyasətini təbliğ etməkdən, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə dəstək verməkdən, o cümlədən də bu qəbildən olan tədbirlərin online platformlarda işıqlandırılmasında yaxından iştirak etməkdən ibarətdir.
Dövlətə və dövlətçiliyimizə xidməti fəaliyyətlərində əsas amal hesab edən “İMZA”-çılar həmçinin beynəlxalq aləmdə də Azərbaycan həqiqətlərinin təbliğində yaxından iştirak edirlər və bundan sonra da bu istiqamətdə öz səylərini daha da gücləndirməyi qarşılarına məqsəd qoyublar. Çünki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində işğalçı Ermənistan üzərində qazandığımız tarixi və parlaq qələbə Azərbaycana, xalqımıza, dövlətimizə dünyada çox ciddi nüfuz, hörmət və etibar qazandırıb.

“İMZA”-nın gələcək fəaliyyətinin əsas prioritetlərindən biri məhz qalib ölkəmizin dövlət siyasətinin mahiyyətinin, milli-mədəni dəyərlərinin, tarixinin dünyanın dörd bir tərəfində daha da geniş istiqamətli təbliği, tanıdılması olacaq.






Starxeber Bizi instagramda izləyin