17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İdman 21.01.2021 304

“Qələbə qazanmalıyıq ki...”


Yanvarın 18-dən etibarən təlim-məşq toplanışını Bakı İdman Sarayında davam etdirən Azərbaycan millisi əsasən fiziki çalışmalara üstünlük verir. 11 aydan sonra idman zalında 3 məşq keçən yığmamız yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq. Hazırlıqla bağlı azfutzal.az saytına açıqlama verən millinin kapitanı Rizvan Fərzəliyev qarşıya konkret məqsədin qoyulduğunu bildirdi:
Toplanışımız davam edir. Fiziki hazırlığı yüksəltmək istiqamətində çalışmalar edirik. Əhval-ruhiyyə yaxşıdır. Çoxdan idi zalda məşq etmirdik, yenidən sevimli məkanımıza dönməyimiz komanda üzvlərini sevindirməyə bilməzdi. Qarşıda bizi qrup liderliyinə iddialı Slovakiya ilə ağır oyun gözləyir. Əlbəttə, rəqibin kimliyindən asılı olmayaraq qarşımıza konkret tapşırıq qoyulub. Biz bu qrupdan qalib kimi final mərhələsinə vəsiqə qazanmalıyıq. Bilirəm, uzun müddət parketdən kənarda qalmağımız çətinlik yaradacaq. İdmançı həyatı elədir ki, gərək məşqləri fasiləsiz, daimi edəsən. Amma mövcud vəziyyətlə əlaqədar zallar bağlandı və biz ən yaxşı halda açıq havada məşq etməklə formamızı qorumağa çalışdıq. Süni örtüklə parketi isə müqayisə etmək olmaz”.
Təcrübəli futzalçı çətinliklərdən də danışıb, komandanın oyuna hazır olacağına inandığını vurğuladı: “Müəyyən çətinliyimiz var. İlk növbədə zala uyğunlaşmağa çalışırıq. 11 ay az müddət deyil. Yanvarın 29-na qədər isə bu və digər çatışmazlığı aradan qaldırmalıyıq. Bunu bacaracağımıza inanıram. Bu bir həftədən maksimum yararlanmalıyıq”.
Üçüncü qrupda yer alan millimizin rəqiblərinə yaxından bələd olduqlarını deyən kapitan Slovakiyanı fərqləndirdi: “Hər 3 komandanın gücünə bələdik. Xüsusilə də Slovakiya ilə son illərdə daha çox qarşılaşmışıq. Qrup mərhələsinə onlarla duellə start verəcəyik. Bakıdakı oyunda qələbə qazanmalıyıq ki, özünə inam artsın, həm də əsas rəqibimizi qabaqlaya bilək, eyni zamanda, Yunanıstan səfərinə yüksək əhvla-ruhiyyədə yollanaq. Doğma meydan amili də bizə üstünlük qazandıracaq. Matçın azarkeşsiz keçirilməsi təəssüf dogurur. Ancaq pandemiya ilə əlaqədar verilmiş qərara hörmətlə yanaşmalıyıq”.

Operativ24.az






Starxeber Bizi instagramda izləyin