17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Kriminal 13.01.2021 121

Bakıda qardaşını qətlə yetirməkdə təqsirli bilinən Tofiq Ağayevin cinayət işi.

Operativ24.Az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Vahid Xəlilov küçəsi, ev 141 ünvanında Tofiq Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi vurub. 

Aldığı xəsarətlərdən Faiq Ağayev elə hadisə yerində ölüb. Cinayəti törətməkdə şübhəli bilinən Tofiq Ağayev hadisədən sonra  Sabunçu Rayon Polis İdarəsinə gələrək könüllü təslim olub.

Təqsirləndirilən şəxs qismində dindirilən Tofiq Ağayev ifadəsində bildirib ki, ata yurdu olan evdə qardaşları Faiq və Fərhadla birlikdə yaşayıb: "Faiqin mənimlə həmişə ədavəti var idi. İçki içən idi Faiq. İçkili gəlirdi mənimlə qardaşım Fərhadla mübahisə eləyirdi. Bir neçə dəfə polisə də şikayət eləmişdim".
Tofiq Ağayevin sözlərinə görə hadisə baş verən günü Faiq həmişəki kimi yenə sərxoş vəziyyətdə onu və valideyinlərini söyüb. Saat 4 radələrində qardaşı Fərhad xəstə bacısını xəstəxanaya aparıb. Arvadı Afət isə qohumlarının evində olub. 
Tofiq odun doğruyan zaman qardaşı Faiq içkili halda həyətə çıxıb asdığı əskiləri bəhanə edərək onları yığışdırmağı tələb edib. Onun hərəkətlərindən bezən Tofiq əlindəki balta ilə qardaşının üstünə hücum edib: " Fikirləşdim ki, əlimdəki baltanı görüb sakitləşər. Onu öldürmək fikrim yox idi. Əksinə başladı yenə söyüş söyməyə. Birinci balta ilə ayağından vurdum. Qaçıb evə girmək istədi. Sonra bir neçə dəfə başına və bədəninə zərbələr vurdum".
Zərbələrin təsirindən qardaşı hərəkətsiz vəziyyətdə qalıb. Tofiq Ağayev onun öldüyün görüb küçəyə çıxıb. Qonşusuna qardaşı Faiqi öldürdüyünü deyib və sahə müvəkkilinin yanına gedərək ona baş verən hadisəni danışıb.

Məhkəmə işin hallarının araşdıraraq hesab edib ki, Tofiq Ağayevin törətdiyi cinayət əməli CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.   

Sonda məhkəmənin hökmü ilə 1955-ci il təvəllüdlü Tofiq Ağayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tofiq Ağayev bundan əvvəl də 9 il məhkumluq həyatı yaşayıb. 

Ölkə.Az






Starxeber Bizi instagramda izləyin