17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 24.12.2020 324

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezidenti bu münasibətlə səmimi qəlbdən təbrik edir, Azərbaycan dövlətinin və xalqının davamlı uğurlarının təmin edilməsi istiqamətində yeni-yeni müvəffəqiyyətlər arzu edirəm. 

Çox ciddi siyasi iradə ortaya qoyaraq 30 ildir işğal altında olan Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından azad edən Ali Baş Komandan bir daha bütün dünyaya göstərdi ki, onun bütün amalı və məqsədi Azərbaycanın inkişafını dönməz və sarsılmaz etməkdir. Məhz buna görə də Azərbaycan xalqı bu taleyüklü günlərdə öz Liderinin ətrafında bir yumruq kimi birləşdi, öz Liderinin siyasi iradəsinə dəstəyini bir daha ortaya qoymuş oldu. Heç şübhə yoxdur ki, cənab Prezidentin liderliyi ilə işğaldan azad edilmiş ərazilərdə inkişaf və rifah da ən qısa müddətdə təmin ediləcəkdir. 

9 il əvvəl 50 yaşını Ağcabədidə, o vaxt üçün məcburi köçkün olan həmvətənlərimizlə birlikdə qeyd edən, dünən isə adgünü ərəfəsində işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfər edən Ali Baş Komandan bütün dünyaya açıq mesaj verməkdədir ki, onun üçün Azərbaycan xalqının maraqları hər şeyin üstündədir və heç bir müzakirə mövzusu deyildir. Biz də bu ali hədəflərin əldə olunması istiqamətində cənab Prezidentin ətrafında bir yumruq olaraq birləşmişik və əminik ki, bütün bu hədəflərə ən qısa zamanda nail olacağıq.

Hörmətli cənab Prezident, doğum gününüz mübarək olsun!

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin