17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 1.06.2019 258

Türkiyənin məşhur aktrisası Beren Saatın müğənni həyat yoldaşı Kənan Doğulu barədə paylaşdığı post gündəmi zəbt edib.

Serial və kino ulduzunun instaqramda Kənan barədə yazdığı status ayrılıq mesajı kimi qiymətləndirilib.
TV proqramları, köşə yazarları qeyd edir ki, Beren sözügedən postla ayrılığını elan edib. Bundan əlavə, B. Saat "məsumiyyətini itirdin" cümləsini işlətməklə Kənanın ona xəyanət etdiyini açıq-aşkar bildirib. Aktrisa "boşanmaq işin ən asan tərəfidir" yazmaqla bu eyhamı daha da gücləndirib.
Həmçinin Beren ayrılıq iddialarından sonra 4 may tarixində medianın qarşısına əl-ələ çıxmasına da sözügedən statusda yer ayırıb və qeyd edib: "Bir yerlərin qapısından əl-ələ çəkilmiş fotolarımızı eşq kimi başa düşürlər".

Beren yazdığı postun sonunda həyat yoldaşı ilə vidalaşdığı isə açıq-aşkar görünür. O, "Sən təbii ki, yeni mahnılar yazacaqsan" deməklə, Doğulunun yenidən aşiq olacağını və mahnılar başqa sevgilərdən ilhamlanaraq ortaya çıxacağını qeyd edir.
Aktrisa "Artıq içimdə kin və peşmançılıq yoxdur. Gözümdən axan hər göz yaşına dəyirsən. Yaxşı ki, doğuldun və sənə aşiq oldum" cümləsiylə bu evlilikdən əl çəkdiyini zərif bir şəkildə vurğulayıb.

Qeyd edək ki, Beren Kənanla şəkillərini paylaşaraq belə bir status yazmışdı: ""Mən oyun dostumu tapdım, deyəsən" dedim. Gözlərin parıldayaraq mənə baxdın. Gecə bir gitara səsi ilə oyandım. Bir mahnı ifa etdin, ofsunlandım. Biz o mahnını bərabər ifa edib bitirənə kimi eşq mahnısı olduq. Bir-birimizin yaralarını öpən zaman can dostu olduq. Yaydığımız eşq enerjisi ilə ətrafımızda iqlim dəyişikliyinə səbəb olduq, bərabər əyləndik. Sonra bir nöqtədə sən məsumiyyətini itirdin. Mən də oyun dostumu, yol yoldaşımı…

Soruşurlar ki, nə vaxt boşanacaqsan? İnanmaq, bağlanmaq, bağışlamaq- bütün bu ağır bir dövrlə maraqlanan yoxdur. Boşanmaq işin ən rahat hissəsidir. Mən evliliyə də həvəssiz yanaşan tərəf idim. Mənim üçün əsas sevgidir, sevgi də olacaq. İnsanların sevgidən başa düşdükləri bir yastıqda qocalmaq, ya bərabər ölməkdir? Bilmirəm! Sən təbii ki, yeni mahnılar yazacaqsan. Artıq içimdə nə qəzəb, nə peşmanlıq var. Sən mənim gözümdən axan hər göz yaşına dəyər bir insansan. Yaxşı ki, sənə aşiq olmuşam".

"Qafqazinfo"






Starxeber Bizi instagramda izləyin