17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 9.12.2020 116

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı “Türkiyə ilə Azərbaycan arasında Media Sahəsində Strateji Əməkdaşlıq Memorandumu” imzalanacaq.

Operativ24.Az xəbər verir ki, bu barədə Türkiyə Rabitə Nazirliyi məlumat yayıb. Bildirilib ki, memoranduma Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın nəzarətində Türkiyənin rabitə naziri, Prezident Administrasiyanın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev imza atacaq.

İki ölkənin mövcud dostluq münasibətlərini gücləndirmək və media sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Ortaq Media Platforması yaradılacaq.

Platforma çərçivəsində sağlam mətbuat münasibətlərinin formalaşması üçün media sahəsində bilgi, təcrübə, mənbələr paylaşılacaq, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ortaq işlər həyata keçirəcək.

Beynəlxalq aləmdə rast gəlinən dezinformasiyalarla mübarizə və dünya ictimaiyyətini düzgün məlumatlandırmaq üçün birlikdə işləyəcək platforma vasitəsilə televiziya, kino sahələrində ortaq işlər görüləcək.

Həmçinin fərqli media və sektor nümayəndələri ilə ortaqlıqlar qurulacaq, peşə təhsili, mübadilə proqramları təşkil ediləcək, iki ölkənin fikir liderləri arasında əlaqə körpüsü qurulacaq.

Memorandumdan sonra üç ay ərzində Ortaq Media Platformasının həyata keçirilməsi üçün ətraflı hədəfyönlü plan hazırlamaq üçün ortaq işçi komissiya təyin ediləcək.

Azərbaycan-Türkiyə Qarışıq Komissiyası iki ölkədə növbəli olaraq müntəzəm iclaslar keçirəcək. Komissiya platformanın maliyyələşdirilməsi və qrafiki daxil olmaqla ətraflı planı yarandıqdan sonra üç ay ərzində iki ölkənin səlahiyyətlilərinə təqdim edəcək.

Rabitə naziri Fəxrəddin Altun sözügedən memorandum barədə açıqlama verib, Azərbaycanla yeni əməkdaşlığa hazır olduğunu bildirib. 

Ortaq Media Platformasının iki ölkə və xalqları üçün faydalı olmasını diləyən Altun “Prezidentimiz və cənab Əliyevin rəhbərliyi altında bütün dünyaya çox güclü həmrəylik mesajı veririk”,- deyə vurğulayıb./unikal.org






Starxeber Bizi instagramda izləyin