17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 27.11.2020 125

“Pərviz adlı gəncin bayrağa sayğısız davranışı təəssüf doğurur. Lakin verilən cəza Pərvizin hərəkətinə adekvat deyil, olduqca ağır, sərt və hüquqa ziddir”.

Operativ24.Az  xəbər verir ki, bunu Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlunun ali məktəbdən qovulmasına etiraz edərkən bildirib.

İ.Ağazadə deyib ki, tələbənin hərəkətləri ictimai qəzəb yaradıb, belə həssas məqamda hamımızda ikrah doğurub. Lakin bu hərəkət olsa-olsa qınaq obyektinə çevrilməli, gənc bir tələbınin təhsil hüququnun əlindən alınması ilə nəticələnməməlidir.

“Bəlkə o tələbə sabahın elmlər doktoru, yaxşı tədqiqatçısı ya da meneceri olacaq. Kim bilir...Pərvizə də fürsət verilməlidir, səhvini düzəltmək üçün bu qınaq da yetərlidir. Təhsil nazirinə və Bakı Dövlət Universitetinin rektoruna müraciət edirəm: Pərvizin təhsil almaq hüququnu bərpa edin.

Cəzalar hərəkətlərə adekvat olmayanda cəmiyyət cinayətkarlar, pis insanlar yetişdirir. Bir gənci tərbiyə etmək əvəzinə, onu pis insan olmağa məcbur etməyin”,-İ.Ağazadə bildirib./unikal






Starxeber Bizi instagramda izləyin