Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 103 nəfər ölüb.
Operativ24.Az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O qeyd edib ki, son 24 saatda 156 692 şübhəli koronavirus testindən keçib, onlardan 3819-nun cavabı pozitiv çıxıb, 2688 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3657 nəfər olub.
Türkiyədə indiyədək 421 413 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 704 nəfər ölüb.
Qeyd edək ki, Türkiyədə COVID-19-a infeksiyasına yoluxma sayında artım olduğuna görə, həftə sonları şəhərə çıxma məhdudiyyəti tətbiq ediləcək.