17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 14.11.2020 188

İşğal altında qalan ərazilərimizin düşməndən azad edilməsi prosesi başa çatmaq üzrədir. Proses tam başa çatdıqdan və Dağlıq Qarabağda yaşayış təmin edildikdən sonra 30 ilə yaxın müddətdə öz dədə-baba yurdundan məcburi şəkildə köçkün düşmüş şəxslər həmin yerlərə qayıdacaqlar.

 Bu dövr ərzində məcburi köçkünlərin böyük əksəriyyəti isə Azərbaycan dövləti tərəfindən mənzillərlə təmin olunub. Həmin evlərin geri alınıb-alınmayacağı hazırkı situasiyada hər kəsi düşündürür.

Operativ24.Az xəbər verir ki, mövzu ilə bağlı danışan Vəkillər Kollegiyasının üzvü Zaman Səmədov qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərə verilən həmin mənzillər müvəqqəti istifadə üçün nəzərdə tutulmuşdu:

"O evlərin heç biri alqı-satqı, hər hansı bir özgəninkiləşdirmənin obyekti kimi çıxış edə bilməzdi. Cənab Prezident və xanımı hərbçilərlə görüşəndə dəfələrlə bildirdilər ki, hərbi qulluqçulara, yaralılara və şəhid ailələrinə mənzillər veriləcək. Düşünürəm ki, əsasən bu evlər nəzərdə tutulur. 

Onu da nəzərə almaq lazımdır ki, müəyyən vaxtdan sonra Azərbaycan Ordusunda xidmət edən, haqqı olan şəxslərə də ev verilməlidir. Bu prosesin hansı mexanizmlə tənzimlənəcəyi isə hələlik dəqiq deyil”.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, bu məsələ ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, "Qaçqınkom” məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsinin könüllülük əsasında aparılacağını bildirib.  /Bakupost






Starxeber Bizi instagramda izləyin