17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Hadisə 11.11.2020 165

Lənkəranda fərdi yaşayış evi yanıb.

Operativ24.Az  xəbər verir ki, yanğın hadisəsi bu gün səhər saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsi, ev 8 ünvanında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. 

Yanğın nəticəsində ümumi sahəsi 81 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı içəridə köməksiz vəziyyətdə qalan ev sakinlərindən 3 nəfər uşaq xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.


Lənkəran Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya gətirilən uşaqlardan ikisinin - 2014-cü il təvəllüdlü Milada Aleksandroviç Quds və 2019-cu il təvəllüdlü Emil Cəsarət oğlu Qudsun həyati əlamətləri olmayıb. Onların meyiti aidiyyəti üzrə təhvil verilib. 


2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Quds isə reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.  


Qeyd edək ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  


Faktla bağlı araşdırma aparılır.






Starxeber Bizi instagramda izləyin