17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Siyasət 3.11.2020 287

“Rusiya Dağlıq Qarabağdakı müharibədə Ermənistana kömək etməyəcək, Prezident Putinin bununla bağlı fikri qətidir”.

Operativ24.Az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Ermənistan Baş nazirinin cidd-cəhdlə Rusiyanı təxribata çəkməyə çalışdığını bildirib:
“Ermənistan lideri Nikol Paşinyan sözün əsl mənasında Rusiyaya Dağlıq Qarabağdakı müharibədə ölkəsinə kömək çağırışları ilə hücum edir. Paşinyanın iki hədəfi var.

 Birincisi, Rusiyanın hərbi yardımını artırmaqdır. İkincisi - məğlub olduğu təqdirdə bu məğlubiyyətə görə Rusiyanı günahlandırmaq və Ermənistanın bu hərbi məğlubiyyətinə görə şəxsən özünü məsuliyyətdən uzaq tutmaq.

Paşinyanın bu ikinci hədəfi Rusiya tərəfi üçün tamamilə aydındır. Hər kəs başa düşür ki, hərbi məğlubiyyətdən sonra Paşinyan Ermənistanı KTMT və Avrasiya İqtisadi Birliyindən çıxarmaq üçün anti-Rusiya kampaniyası təşkil edəcək. Çünki bu üzvlüyün özünü doğrultmadığını söyləyirlər.

Buna görə də Rusiyanın cavabı dəqiq və doğrudur - Rusiya və KTMT Ermənistan ərazisinin qorunmasına zəmanət verir. Ancaq bütün KTMT üzvlərinin dəfələrlə Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağdakı müharibədə Ermənistana Rusiyanın hərbi dəstəyi olmayacaq.

Bu yaxınlarda Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğu Donbas könüllülərinin qurultayı keçirildi. Orada Donbas könüllülərinin Qarabağa getməyəcəyi açıq şəkildə bildirildi”.  /Teleqraf






Starxeber Bizi instagramda izləyin