Noyabrın 2-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun minaxtaranı, 1967-ci il təvəllüdlü Zeynalov Telman Bərbir oğlu Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatı həyata keçirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə (PMN-Э) minaya düşüb.
Bu barədə Operativ24.Az-a ANAMA-dan məlumat verilib.
Bildirilir ki, partlayış nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub.
Hazırda, T.Zeynalov Füzuli rayonu Diaqnostika Mərkəzinə yerləşdirilib və vəziyyəti stabil ağırdır.