17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 27.10.2020 104

Ordumuz Ağoğlan qəsəbəsini işğaldan azad etdikdən sonra yaşayış məntəqəsinə daxil olarkən "Sən Allah o "Mercedes"ə bax, ikiqapılı, xəyalım olub mənim", - deyən hərbçimiz xəyalını reallaşdıran biznesmen ilə görüşüb. 


Operativ24.Az Sfera.az-a istinadən  xəbər verir ki, bu barədə "Novco Group of Companies"in təsisçisi və direktoru, biznesmen, səyyah, alpinist və bloger Fərid Novruzi "Facebook” hesabında yazıb:


"Dostlar, qəhrəman qardaşım tapıldı. Allahın işinə baxın. Öncədən onu deyim qardaşımızı Allah saxlayıb. Demək döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı”. 


Biznesmenin sözlərinə görə, əsgəri tapmaqda ona "Facebook"dakı izləyicilərindən biri kömək edib:


"Dünən səhər, FB "messenger"ime bir izləyicim, əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı və onun kontaktlarını göndərdi, və əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb. Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən belə igid ilə qürur duydum. Qərar aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsi ilə tanış olum və hədiyyəsi barəsində xəbər verim. Və nə olsa yaxşıdı? Qardaş dedi ki, şəhərə gəlirəm, axşam görüşə bilərik. İnanın, elə xoşbəxt idim ki, elə sevinirdim ki... Əlhəmdülillah dünən axşam bir araya gəldik".


İş adamı mövcud vəziyyətlə bağlı hərbiçimizin üzünü göstərmədiyini vurğulayıb:


"Amma Hadrut hekayəsini danışanda, maşını necə gördüyünü (bu arada ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamısını mənimlə bölüşdü. Və bir şey danışdı, bunu paylaşmaya bilmərəm. Döyüş vaxtı ayağından güllə yarası alanda digər döyüş yoldaşı daha da ağır yaralanıb. Özü yaralı ola-ola yoldaşını təhlükəsiz yerə qədər öz üzərində aparıb. Yoldaşına yaralı olduğunu bildirməyib. Yolda yoldaşı deyir ki, bizi burdan sağlam çıxar və əsas da özünü qoru, zarafatla da əlavə edib ki, unutma, səni iki qapılı maşın gözləyir”.
 
Xatırladaq ki, Fərid Novruzi ikiqapılı "Mercedes" xəyalı quran əsgər döyüşdən qayıtdıqdan sonra ona həmin avtomobili hədiyyə edəcəyini açıqlamışdı.


O, xidmətdə olan əsgər üçün aldığı "Mercedes" markalı avtomobilin fotolarını paylaşaraq bunları yazmışdı:


"Əziz dostlar, Sözümüz sözdür! Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı "Mercedes" markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin!
Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028-də (Xocavəndin avtomobil seriyasıdır)".






Starxeber Bizi instagramda izləyin