17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 17.10.2020 100

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələ­ri­nin işğalı al­tın­da olan 132 km-lik hissəsinin azad edilmə­sinə başla­nıl­ması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yük­səkliyi ilə qarşılan­ıb.

Dövlət Sərhəd Xidmətindən Operativ24.Az-a verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mah­­mudlu” sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Azərbay­can Res­publika­sı­nın Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbay­can Respub­lika­sının dövlət bayrağı ucaldılmış və bu sərhəd zastava­larının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilmişdir.

Mərasimdə Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman­danlığı altında Ermənistan Silahlı Qüv­vələrinin əzəli Azərbaycan tor­paq­­ların­dan qovulması üzrə döyüş əmə­liyyatlarında Azərbaycan sər­həd­­çilə­ri­nin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düş­mənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.

Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gi­zirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tap­şırıq­la­rını yerinə yetirməyə hazır olmaları vurğulanmış, şəxsi heyətin döyüş ruhu­nun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə gön­də­rilmə barə­də çoxsaylı müraciətlərin daxil olması bildiril­ib.
1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərə­fin­dən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sər­həd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastava­la­rında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq təd­birləri davam etdirilir.






Starxeber Bizi instagramda izləyin