"Evdə oturduğumuz ərəfədə qarşıma məqsəd qoydum: elə olacam ki, hamının ağlını başından alım".
operativ24.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Fəlidən doğru xəbər" proqramında qonaq olarkən deyib. Müğənni karantin günlərindən söz açıb. O bildirib ki, evdə oturduğu günlərdə formada qalmaq üçün idman edib.
Kazımova aparıcı Elşən Orucovun "Bu saat Aygün Kazımovaya kim zəng etsə, mənə ötürər ki, yola ver. Namiq Qaraçuxurlu yığsa, edərsən" sualına "O, "qara siyahı"dadır. Yığa bilmir" cavabını verib.