17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 29.04.2020 125

“Xəstəlik epidemiya halını alırsa, karantin mütləqdir. Vəziyyətdən asılı olaraq karantin gərəkli olduğu qədər davam edəcək”
 
Bu barədə AzTV-nin “Hədəf” verilişində qonaq olan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
 
O bildirib ki, bir xəstə bir neçə adamı yoluxdura bilər:
 
“Burada epidemioloji nəzarət çox önəmlidir. Bu gün ölkədə 1678 nəfərdə COVİD-19-a yoluxma qeydə alınıb. 8 minə qədər insana isə COVİD-19 testi edilib. Digər ölkələrlə müqayisədə Azərbaycanda xəstəxanalarda, xəstələrin müalicəsində heç bir problem yoxdur. Bəzi ölkələrdə xəstəxanalarda yer olmadığından problem yaşanır. Bizdə pandemiya ilə bağlı xəstəxanalar tikilir. Regionlarda da xəstəxanalarda zəruri şərait yaradılıb. Bütün bunlar vacib məsələdir”.
 
O.Şirəliyev onu da vurğulayıb ki, bütün tükdilli ölkələrin səhiyyə nazirlikləri arasında ortaq səhiyyə təşkilatı yaradılmalıdır:
 
“Bu, ölkə başçısı İlham Əliyevin irəli sürdüyü fikir idi. O türkdilli dövlətlər arasında təşkilatın yaradılmasının çox önəmli olmasını diqqətə çatdırdı. Epidemioloji vəziyyətlə əlaqədar işçi qrupunun yaradılması ilə bağlı qərar fikirləşirəm ki, qəbul olundu. Bu, pandemiya əleyhinə bütün ölkələrin apardığı tədbirləri bölüşərək, vəziyyəti nəzarətdə saxlaya biləcək”

///Aznedia.az






Starxeber Bizi instagramda izləyin