17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 29.04.2020 123

“Bu ərəfələrdə insanlar daha da aqressivləşib. Onların üzündən təbəssüm yox olub. Problemlərlə üzləşsək də, gərək simamızdan təbəssümü əskik etməyək. Bu, hamımıza lazımdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial media hesabında açdığı canlı efirdə deyib.


Xalq artisti Afaq Bəşirqızının “Rayondan gəlib, “padyez”də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir” deməsi, ardınca isə ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişinin canlı efirində telefonda qeyri-etik ifadələr işlətməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Xalq artistini sosial media əhli tənqid etdi.

Baş verən qalmaqallı hadisəyə N.Allahverdiyeva belə münasibət bildirib:

“Bilirdim ki, Afaq xanıma dəstək olub, baş verənlər barədə fikirlərimi bölüşsəm, məni də tənqid edəcəklər. Bunları göz önünə aldım. Həmin olaylarla bağlı mövqeymi “Instagram”da yazdım. Fikirlərimi izləyicilərimlə bölüşdüm. Bu, mənim borcumdur.

Afaq xanımın xasiyyətinə bələdəm. Çox mərd insandır. Açıq sözlüdür. Afaq xanım cəmiyyətdə baş verən problemləri dilə gətirib. Bunu isə hamı bacarmır. Ola bilsin ki, montaj olunub və ya söylədiyi düzgün başa düşülməyib. Biz yaradıcı insanlar Azərbaycan xalqını sevirik. Necə ola bilər ki, biz tamaşaçılarımızın əleyhinə danışaq? Bu ola bilməz!”






Starxeber Bizi instagramda izləyin