2016-cı ildə "Eurovision" mahnı müsabiqəsində ölkəmizi təmsil edən müğənni Səmra Rəhimli yeni mahnısına çəkilmiş klipini təqdim edib.
operativ24.az xəbər verir ki, ifaçı "Armas" adlı mahnısı üçün kamera qarşısına keçib.
Səmra ənənəsinə sadiq olaraq klipdə açıq-saçıq geyimləri və cəsarətli hərəkətləri ilə diqqət çəkib.
O, mahnının adı barəsində də məlumat verib: ""Armas” mənim adımın tərsinə oxunuşudur. İspan dilində tərcüməsi silahdır. “Armas”ın ad olaraq mənası isə dominə etmək, birinci, lider, güclü və yüksək olmaqdır".