17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 29.11.2019 204

Bakının ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, dövlət başçısının müvafiq sərəncamı ilə alınan yeni avtobusların istismara verilməsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən  operativ24.az-a verilən xəbərə görə, təhlükəsizliyi, rahatlığı, ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların bir qismi noyabrın 30-dan 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla əlaqədar 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdirilib. Belə ki, bu xətt üzrə avtobusların hərəkəti 28 May-Lökbatan qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 123 mindən artıq sakini olan Lökbatan qəsəbəsinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. Sərnişinlərin “BakıKart” əldə etməsi, eləcə də, kartın balansının artırılmasını asanlaşdırmaq məqsədi ilə qəsəbə ərazisində terminallar quraşdırılıb.

Marşrut xəttindəki yeniliklə əlaqədar Lökbatan qəsəbəsində tədbir keçirilib. Bakı Nəqliyyat Agentliyinin İDEA Ətraf Mühitin Mühafizəsi İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirdə yeni avtobuslar Lökbatan sakinlərinə təqdim olunub.  Sakinlərin çoxdan gözlədiyi xəbəri sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin sağirdləri çatdırıb. 
Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin sağirdlər üçün İDEA heyvanlara qayğı mərkəzinə tanışlıq turu təşkil edilib. Mərkəzin fəaliyyəti ilə tanış olan uşaqlara yol hərəkəti və ictimai nəqliyyatda davranışla bağlı təlim də keçirilib.  
 
125 nömrəli müntəzəm marşrut xətti üzrə məlum dəyişikliyi nəzərə alaraq vətəndaşlardan xahiş olunur ki, həmin istiqamətdə ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Belə ki, baş vermiş sürüşmə səbəbindən Bibiheybət-20-ci sahə Bayıl ərazisində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Vətəndaşlaı şəxsi nəqliyyat vasitəsi ilə deyil məhz ictimai nəqliyyatdan istifadə etməklə qeyd edilən yolda hərəkət intensivliyinin artmasına töfhə vermiş olacaqlar.






Starxeber Bizi instagramda izləyin