17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Manşet / Maqazin 30.04.2019 314

ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında mərhum müğənni Şəfa Hüseynovanın həyatından danışılıb.

Qohumları və qardaşı onunla bağlı xatirələrini bölüşüblər:

Səxavət Hüseynov  - Qardaşı: "Valideynlərimiz Şəfanın oxumağına narazılıq edirdi. Sonra ilk anam başladı dəstək olmağa. Ailə qurdu, yoldaşı ilə yola getmədilər, boşandı. Bir çox mahnının sözlərini də öz həyatı ilə bağlı yazmışdı. Evdə yoldaşının başqa qızlarla şəkillərini tapdı. Dedi, boşanıram. İstədik barışdıraq, mümkün olmadı. Bizə dəvətnamə gəlmişdi, qohum toyu idi. Şəfanı toya müğənni kimi çağırmamışdılar. Həmin günə Bakıda da toyu vardı. Axşam belə qərarə gəldik ki, toya getməyək. Səhər tezdən yatdığım otağın qapısını açdı, "Səxavət, dur toya gedək, yaxşı deyil, ayıbdır". Getdik toya. Səhər saat 05:00-da yola çıxdıq. Nə içkili idim, nə də yuxulu. Hüseynə dedim, deyəsən, yorğunsan, gəl yerimizi dəyişək. Sükana mən keçdim, sonra qəza baş verdi.

Bizi xəstəxanaya aparanda həkimlər anama ağrıkəsici iynə vurmaq istəyib, anam ağrıdan inildədiyimi görüb deyib ki, mənə yox, oğluma vurun, istəyirəm oğlum sağ qalsın. Həkimlər mənə iynə vuranda yatmışam. Anamın ürəyi xəstə idi, elə bilib ölmüşəm. Ürəyi dözməyib öldü. Onların 40 mərasimindən 1-2 gün sonra mən xəstəxanadan çıxdım. Evdə yataqda yatırdım. Mənə dedilər Şəfagil müalicə almağa gedib İrana. Əmim oğlu gəldi, gülab iyi hiss etdim. Soruşdum haradan gəlirsən? Dedi, ölü yerindən gəlirəm. Şübhələndim. Evdəkilərdən soruşdum ki, mənə deyin, nə olub? Başa düşdüm və başladım ağlamağa".

///Milli.az






Starxeber Bizi instagramda izləyin