17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Manşet / Sosial 23.04.2019 314

"Belə hava şəraiti aprel ayı üçün səciyyəvi deyil və son 30 ildə Azərbaycanda müşahidə edilməyib”.

Bu barədə ONA-ya Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

O bildirib ki, havanın mövsümə görə soyuq keçməsinin səbəbi soyuq Şərqi Avropa düzənliyi üzərində aktiv hava kütlələrinin hakim olmasıdır:

"Bu hava, adətən, Şimal buzlu okean üzərində, Skandinaviya, Qrenlandiya üzərində formalaşır və şimal-qərbdən Azərbaycana daxil olur. Beləliklə, bütün Şərqi Avropa düzənliyini, Moskva ətrafını, Rusiyanın mərkəzi rayonlarını tamamilə əhatə etdiyinə görə bunun bir hissəsi də antisiklon vəziyyət yaradır və bizim ərazimizə daxil olur. Fərqli cəhəti odur ki, bu, bir qədər uzun çəkdi, çünki bir hava kütləsi bizdə, adətən, bir-iki gün hakim olur. Ancaq bu il aprelin 19-da başlayıb, təqribən 24-25-nə qədər də ərazimizdə bu hava kütləsinin hakim olmasını gözləyirik. Yağış yağacaq, orta dağlıq ərazilərdə qar yağması da müşahidə ediləcək. Sabah küləyin artması da müşahidə edilə bilər ki, bu da aprel ayı üçün səciyyəvi deyil”.

Direktor müavini belə hava şəraitinin meyvəçiliyə ziyanından danışıb: "Ağaclar vaxtında ayılıb, çiçək açıb. Məsələn, alça, ərik, badam bunlar bir az qabaq çiçək açıb deyə, onlara heç nə olmayacaq, alma-armud isə indiki dövrdə çiçək açıb deyə onların hamısı məhv olacaq. Havanın taxılçılığa, pambıqçılığa, bir illik bitkilərə mənfi təsiri yoxdur. Ağac bitkilərin, xüsusən çəyirdək meyvəçiliyə böyük zərəri var”.

Fəlsəfə doktoru bildirib ki, iqlim dəyişmələri prosesi ilə dəyişkən havaları izah etmək olmaz:

"Müəyyən ərazilərdə istiləşmə olduğu kimi, müəyyən ərazilərdə də soyuqlaşma müşahidə oluna bilər. Lakin mülayim dəniz aktiv hava kütlələrinin bir az uzun müddətə ölkədə qalmasını, sadəcə, ümumi iqlim fonu ilə izah etmək lazımdır. İqlim dəyişmələri oldu, aprel soyuq keçdi, iqlim dəyişmələrinə görə hava soyuq keçməsin i izah etmək elimdən kənar məsələdir. Aktiv hava kütlələri, yəni kontinental aktiv və dəniz aktiv hava kütlələri bütün Avropanın şərq hissələrini tutduğu, Avropanın şimalında paralel istiqamətdə dağlar olmadığı üçün onlar sərbəst şəkildə daxil olurlar. Bu hava kütlələri bizim əraziyə Qara dənizdən keçərək, Gürcüstandan gəlir, hava şəraitinin soyuq olmasına səbəb olur”.







Starxeber Bizi instagramda izləyin