17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Moda 7.09.2019 671

27 yaşlı Kara Delevin ötən il 21,5 milyon funt (təqribən 45 milyon manat) qazanmaqla ingilis modelləri arasında növbəti dəfə lider olub.

operativ24.az xəbər verir ki, ikinci yeri 9 milyon funtla (19 milyon manat) 45 yaşlı Keyt Moss tutub.

Üçüncü yerdə 32 yaşlı Rozi Hantinqton-Uaytlidir. Reklam müqavilələri ona 8 milyon funt (16,8 milyon manat) qazandırıb.

Kara bir sıra uğurlu layihələr sayəsində son 12 ayda qazancını iki dəfə artırıb. Onun şəxsi "Cara & Co" adlı şirkəti (model adını 2016-cı ildə ticarət markası kimi qeydə alıb və bu vaxtdan etibarən onun adı yalnız kommersiya məqsədilə istifadə edilə bilər) var. O, filmlərdə rol alır, moda evləri ilə yeni müqavilələr imzalayır və moda həftələrində iştirak edir.
Delevin, eyni zamanda, atası Çarlzın direktor olduğu "Harvey White Properties Ltd"dən (fərdi evlərin inşası ilə məşğul olur) yüksək qazanc əldə edir.

"Uşaqlıqda imtiyazlarım var idi. Valideynlərimlə birgə xeyli səyahət edirdim. Londonda böyümək olduqca əla idi. Bununla belə, pulun həyatda ən vacib şey olmadığını anladım", - Kara RuPolun "DragRace" "podkast"ına müsahibəsində bildirib.






Starxeber Bizi instagramda izləyin