17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Maqazin 2.09.2019 97

Müğənni Nadir Qafarzadənin Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsi barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayan fikirlərinə yenidən münasibət bildirib.

operativ24.az xəbər verir ki, o, bu barədə "Musavat.com”a danışıb:



"Mən təmiz həyat yaşayıram, ailəm nümunəvidir. İnsanlar məni sevir, ailəmi tanıyır. Mənim bir pis işim yoxdur ki, susub oturum. Artistəm, mənə hər şey olar. Məni bütün Azərbaycan tanıyır, sevir. Azərbaycan mədəniyyətində tarix yaratmışam. Əxlaqsızlar xalqımı pis yola çəkir, ailəmlə küçəyə çıxa bilmirəm. Şəhərin mərkəzi əxlaqsızlarla doludur, onların içinə ailəmi necə çıxarım?

Əxlaqsızların cəzalandırılması lazımdır. Mənim sözlərimi başqa tərəfə yozanlar əxlaqsızların "əlini yuyanlardır”. Onlar fahişələri dəstəkləyirlər. Mən isə ölkəyə lazımam, insanlara xeyrim dəyir. Onlar isə bizi ancaq biabır edirlər. it itin ayağını tapdalamaz. Guya mənə efir qadağası qoyulsa nə olacaq? Onsuz da efirlərə çox çıxmıram. Düz əməlli verilişlərimiz qalıb ki? Mən qətli, cinayətkarlığı təbliğ etmirəm. Sadəcə insanların namusunu, əxlaqını pozanlara cəza istəyirəm.

Elə bilirsiniz ki, məni dəstəkləyənlər olmadı? Yaxşı oğlanlar, yaxşı qızlar mənim fikirlərimi dəstəklədi. Onlar bildi ki, mənim üçün əxlaq önəmlidir”.

Qeyd edək ki, Nadir sözügedən hadisə barədə bu sözləri işlətmişdi:

"Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir?”






Starxeber Bizi instagramda izləyin