Məşhur türkiyəli cütlük Aslı Enverlə Murat Boz İstanbulun Etiler rayonunda görüntülənib.
operativ24.az qafqazinfo-ya istinadən xəbər verir ki, dostları ilə birlikdə restoranların birində nahar edən müğənninin yeni avtomobili də diqqətdən qaçmayıb. Bozun "Mercedes" markalı avtomobilini 3 milyon 300 min TL-yə aldığı məlum olub.
Jurnalistlərin suallarını cavablandırmayan cütlük fərqli avtomobillərə minərək oradan uzaqlaşıb.