17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Qubada “Cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar” mövzusunda seminar keçirilib
Sosial 27.02.2024 133

Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin fəaliyyət proqramına əsasən, Quba rayonunda növbəti seminar keçirilib. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı BMT-nin Etimad fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə baş tutan tədbirin mövzusu “İctimai yerlərdə sağlamlıq imkanları məhdud qadın və qızlara münasibət, davranış problemləri və ictimai dəstək” olub.


 

Seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının binasında keçirilib. Tədbirdə müxtəlif sahələrdən olan ictimai təşkilatlar, əlillərin yaxınları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllim və tələbələri iştirak ediblər. Sosial İş ixtisası üzrə təhsil alan gənclərin iştirakı xüsusi maraq doğurub. Seminarda təhsil müəssisələrində belə seminarların keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Əlil qadın cəmiyyəti tədbir keçirib 
İradə Rizazadə tədbir iştirakçılarını məlumatlandırıb
Təlimçi İradə Rizazadənin təklifi ilə əlil qadınlar, qızlar, tələbələr arasında birgə əməkdaşlıq əlaqələrinin yaradılması, qrup təşkili məsələləri müzakirə edilib. Dostluq Qrupunun yaradılması təklif olunub. Bu ideya rayonda yenilik kimi gündəmə gətirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb. İ.Rizazadənin sözlərinə görə, Dostluq Qrupunun təşkili sağlamlıq imkanları məhdud qadınlar, qızlar və tələbələr arasında sosial işin mahiyyəti istiqamətində yeniliklərə nail olmaqdır.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova seminarın mahiyyəti, dəstək proqramları, maarifləndirmə işinin təşkili barədə danışıb. O, layihənin uğurlu strategiyası ilə bağlı iştirakçıları məlumatlandırıb. Bugun.tv-yə müsahibə verən M.Rəhimova seminarlar zamanı hər dəfə yeni iştirakçıların dəvət olunmasının, yeni dəstək qruplarının yaradılmasına, innovasiyaların artmasına, şəbəkənin böyüməsinə, yeni ideya və təkliflərin verilməsinə səbəb olduğunu bildirib.

Qubada tədbir
QHT sədri Məhluqə Rəhimovanın çıxışı
“Paytaxt və bölgələdə təşkil olunan belə seminarlarda problemi olanlar barədə məlumatlar toplanaraq aidiyyəti dövlət qurumlarına ötürülür, onların həllinə köməklik göstərilir. İndiyədək Gəncə, Bakı və Qubada keçirilən dəyirmi masa və seminarlarda sağlamlıq imkanları məhdud olan onlarla qadın və qızların problemlərinin operativ həllinə köməklik göstərilib. Bu da həmin şəxslərin hüquqları ilə bağlı yeni fikirlərin yaranmasına səbəb olub, əlaqələrimiz daha da aktivləşib. Layihə çərçivəsində keçirilən çoxsaylı tədbirlər nəticəsində bugündək hüquqlarından xəbərsiz qalan xeyli sayda əlilliyi olan şəxs öz hüquqlarını anlaya bilib. Seminarlarda onların istək və təklifləri, həyat təcrübələri və maneələri ilə bağlı məsələlər də mütəmadi müzakirəyə çıxarılır. Bu qrup təlimlərinin təşkili onların problemlərinin həlli yollarında müsbət nəticələr verir və effektiv üsul kimi qiymətləndirilir”, – QHT sədri vurğulayıb.

Seminar iştirakçıları əlilliyi olan qadın və qızlar, onların ailələrinin müxtəlif dövlət və ictimai xidmətlərə çıxışı, o cümlədən rastlaşdıqları zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlar alıblar. Qarşılaşdıqları problemlər qaldırılıb, qadınların üzləşdiyi problemlərin həlli istiqamətində təkliflər hazırlanaraq dövlət qurumlarının iştirakı ilə yaradılan Koordinasiya Şurasına təqdim edilib.

Əlil qadınlar cəmiyyətinin quba seminarı
Tədbir iştirakçıları
Qubada təşkil olunan tədbirdə, ümumilikdə, 27 nəfər iştirak edib.

Qeyd edək ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara Qarşı Zorakılıqla Mübarizə Fondunun maliyyələşdirdiyi “Bakı, Gəncə və Quba-Xaçmaz bölgələrində sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması” layihəsini 2022-ci ilin sentyabr ayından uğurla həyata keçirir. Məqsəd aztəminatlı, o cümlədən məcburi köçkün ailələrində əlilliyi olan qadın və qızların dövlət xidmətlərinə çıxışının əlçatanlığını və keyfiyyətini artırmaqdır.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Elnarə Dərziyeva









Starxeber Bizi instagramda izləyin