Sosial
31.05.2023
187
Sosial şəbəkə istifadəçiləri Azərsu barəsində durmadan şikayətlər edir. Səbəb də xırda borclara görə insanları susuz qoymasıdır. Sosial şəbəkə istifadəçisi Elvin Məmmədovun şikayetini olduğu kimi təqdim edirdik:
“Azərsu Açıq Səhmdar Cəmiyyətinin yarıtmaz fəaliyyətinin nəticəsi olaraq, Binəqədi və Nəsimi rayonları ərazisindəki bir çox evlərdə cüzi miqdarda olan borclara görə suyun verilişini dayandırıblar.
Onlarla ailə susuzluqdan əziyyət çəkir. Ciddi məbləğdə olan borclara iradımız yoxdur, amma 10-20 manata görə körpəsi, xəstəsi olan ailələrin suyunu kəsmək hansı insanlıq dəyərlərinə sığır?
Əgər, qanundan, düzgünlükdən danışırdınızsa, sizə bir zəhmət - qeyri-yaşayış obyektlərinə, moyka, kafe və digər ictimai-iaşə obyektlərində israf olunan sular və "gizli" xəttlərə bir əncam çəkin. Hələ şəhər ətrafındakı qəsəbələrdə çəkilən qanunsuz xəttləri demirəm...”