17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Böyük Qayıdışa zəmin yaradan son 100 ilin böyük lideri Ulu Öndər Heydər Əliyev
Siyasət / Sosial 9.05.2023 233

   Tarixdə adı millətinin, ölkəsinin adı ilə bərabər çəkilən böyük şəxsiyyətlər çox deyil. Ümummilli lider Heydər Əliyev məhz o şəxsiyyətlərdəndir ki, adı xalqının, Vətəninin adı ilə qoşa çəkilir. Azərbaycan xalqı hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi.  Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Azərbaycan xalqı Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək.

       Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Ulu öndər hələ Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu illərdə sovet rejiminin məhdudiyyətlərinə, müəyyən çərçivələrinə baxmayaraq, respublikamızın hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyətli işlər həyata keçirirdi. Bütün məqamlarda vaxt, zaman özü Heydər Əliyevi Azərbaycana rəhbər vəzifəyə gətirmişdir. Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Ulu öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Heydər Əliyev birinci dəfə Respublika hakimiyyətinə gələrkən keçmiş İttifaq Respublikaları arasında Azərbaycan Respublikası ən aşağı yerlərdən birində dururdu. Qısa məqamda Heydər Əliyevin ən yüksək işgüzarlığı, intellektual səviyyəsinin imkanları vəziyyəti elə məqamlara gətirdi ki, Azərbaycan bir-birinin ardınca dəfələrlə keçici Qırmızı Bayraq ordeni aldı. Nəticədə Azərbaycan İttifaq Respublikaları arasında ən yüksək səviyyəyə ucaldı. Bir rəhbər olaraq Heydər Əliyev Azərbaycanın həyati əhəmiyyəti olan bütün sahələrinə, o cümlədən sənayenin, kənd təsərrüfatının, təhsil, mədəniyyət, səhiyyə sahələrinin inkişafına xüsusi diqqət göstərirdi.
  Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşu oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. 

       Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi. O dövrdə cəmiyyətimiz ağır durumda olan Azərbaycanın xilasının Heydər Əliyev ideyalarında olduğunu aydın dərk edirdi. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməzdi.

   Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlətimizin başçısı seçilməsindən sonra bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycanın talehi dəyişdi. Heydər Əliyev 1993-cü ilin Prezident seçkilərindən sonra onun bir neçə böyük dövlətlərə səfərləri oldu. Xarici ölkələrə səfərlər etməklə Ulu Öndər o vaxtlar Azərbaycanı əziyyət çəkdiyi informasiya blokadasından xilas etdi. İnformasiya blokadasından çıxması Azərbaycanı bugünkü uğurlarının başlanğıcına çevirdi. Dünyada təsadüfi heç nə yoxdur. Gələcəkdə Azərbaycanın canlı yaradıcı tarixinə çevriləcək Heydər Əliyev BDU-nun tarix fakültəsini bitirdi, tarixi yaradan tarixçi oldu.
 
 Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. O, azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.

   Heydər Əliyevin ölkə rəhbərliyinə bu böyük qayıdışı Qarabağın işğaldan azad olub dirçəlməsinə və Böyük Qayıdışın başlamasına zəmin yaratdı.

   Ulu Öndər Heydər Əliyevin gündəliyində duran milli prioritet isə torpaqlarımızın işğaldan azad edilməsi və yurdlarından zorla didərgin salınan vətəndaşlarımızın tarixi torpaqlarına qayıdışı idi. Gec və ya tez Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə qəti şəkildə əmin olan Heydər Əliyev bu sarsılmaz inamını belə ifadə etmişdi: 

"Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".

   Ulu öndər Heydər Əliyevin talehi bir insanın ömrü yolu deyil o, Azərbaycanının tarixidir. Heydər Əliyev hər an, hər gün, hər il tarixin yazıldığını unutmurdu. Zamanın tarixini də özü yazırdı. Öz gördüyü özünü təstiq edəcəyi tarixi hadisələri ilə birlikdə. Heydər Əliyev bu günün gələciyini bilirdi və vaxtı ilə uzaqgörənliklə söylədikləri bu gün artıq Azərbaycanın reallığıdır. “Biz Qarabağ məsələsini həll edəcəyik.Vaxt lazımdır.Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun.”
  Dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur. Heydər Əliyevin Ordu quruculuğu sahəsindəki siyasətini uğurla həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində 30 il erməni işğalında qalan Azərbaycan torpaqlarını özünün hərbi sərkərdəliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində birdəfəlik azad etdi. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ideyalarını reallığa çevirən Böyük Qayıdışa başladı. 2020-ci il 27 Sentyabr tarixi Böyük Qayıdışa zəmin yaradan zamanın başlanğıcıdır. 44 günlük müharibə adlandırdığımız Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir. Yüzminlərlə keçmiş məcburi köçkün dədə-baba yurdlarının azadlığının xoşbəxtliyini yaşayır. Bu həqiqətən də Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Böyük Zəfərdir.! Qarabağ azadır! Qarabağ bizimdir, Şuşa bizimdir! 
  Vətən müharibəsi parlaq qələbəmizlə başa çatdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir və bu səfərlər çox zəngin və əhatəlidir. Belə ki, azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yaradılmasıdır. 2021-ci il martın 20-də isə Qarabağın qürur qalası Şuşanı azadlığına qovuşduran qalib sərkərdə İlham Əliyev, Cıdır düzündə bayram tonqalı alovlandıraraq Azərbaycanın düşmənlərinin bağrına ox, dostlarının ürəyinə sevinc qığılcımları səpdi. 30 illik işğal dövründə buz tutan yurdlarımızın oyanışının, dirçəlişinin rəmzi mənası olan bu bayram, eləcə də qələbə tonqalı vaxtilə Ulu Öndər Heydər Əliyevin Füzulidə, Horadizdə uğurlu təməlini qoyduğu, daha sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 2016-cı ilin şanlı Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinin yurdlarına qovuşdurulmasının ardınca Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışın tezliklə gerçəkləşəcəyinin də müjdəçisinə çevrildi. Hazırda 30 il ərzində düşmənin viranə qoyduğu yurdlarımız əsl cənnətməkana çevrilir. İşğaldan azad edilən torpaqlarımızda müasir infrastruktur qurulur, yollar çəkilir, tunellər salınır, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Bölgənin hərtərəfli inkişafına mühüm töhfə olan bu hava limanlarından ikisinin - Füzuli və Zəngilan hava limanlarının Prezident İlham Əliyev tərəfindən açılışı olub, Laçın Beynəlxalq Hava Limanının isə sürətli tikintisi gedir. Artıq Böyük qayıdışa da uğurlu start verilib və "ağıllı kənd" konsepsiyası ilə yenidən qurulmuş Zəngilanın Ağalı kəndinin sakinləri öz isti od-ocaqlarına qayıdaraq xoşbəxt həyata başlayıblar.  
 
 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan, ideyalarını gerçəkləşdirən Heydər Əliyev fondu da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Xüsusilə də fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu tarixi uğurlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir.

  Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edir. 

  Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar. Bunlar artıq müxtəlif görkəmli şəxslər tərəfindən edilir və bundan sonra da daim ediləcəkdir. Çünki o dünya şöhrətli Azərbaycanlı, dövlət xadimi və böyük lider kimi adını tarixə yazmışdır. Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.  

  Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün bu gün canlı örnəkdir. O, qüdrətli dövlət xadimi, sadə bir azərbaycanlı kimi könüllərdə özünə əbədiyyət qazanmışdır. O böyük insan özündən sonrakı nəsillərə düzgün bir yol qoymuşdur. Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan hər addımda daha da güclənir, qüdrətlənir. İndi hər birimizin qürur mənbəyinə çevrilmişdir.
   Ulu öndərin ölkəmiz üçün misilsiz xidmətlərindən söhbət açarkən, Onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğı barədə danışmamaq olmaz. Ümummilli liderimizin gəncliyə diqqət və qayğısı barədə detallara keçməmiş onu vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində xüsusi fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar. Ümummilli lider Heydər Əliyev hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə, yəni, ötən əsrin 70-80-ci illərində də Azərbaycanda gənclərin inkişafına, öz potensialını həyata keçirməsi üçün gənclərə şərait yaradılmasına daim diqqət yetirirdi. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafını heç vaxt gənclərsiz təsəvvür etmir, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini Vətənimizin hərtərəfli yüksəlişinə səfərbər edirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra da gənclərə olan qayğısını davam etdirdi. 1993-cü ilin iyun ayında Azərbaycan parlamentinin sədri seçiləndən sonra ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ümummilli liderimizin həmin görüşdəki çıxışı gənclər üçün bir mesaj oldu: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Ulu öndərin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük inam və etimad görən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının (YAP) ətrafında sıx birləşdi. Bu bir həqiqətdir ki, Azərbaycan gənclərinin hamisi olan Ümummilli liderin siyasətinin mühüm istiqamətlərindən biri məhz gənclərlə bağlı idi. Bu siyasət gənclərin inkişafı və gənclərin potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Heç kəsə sirr deyil ki, bu ənənə Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir.    
    Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərərlik hisslərinin artırılması istiqamətində görülən işlər sırasında ordu quruculuğu mühüm yer tutur. Məhz ordu quruculuğunun 
yüksək səviyyədə təşkili, bu sahədə həyata keçirilən islahatlar, məqsədyönlü tədbirlər gənclərin vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir edən faktorlardan sayıla bilər. Bu kimi tədbirlər gənc nəslin ordu sıralarında qulluq keçməsinə, Vətənin müdafiəsinə qalxmasına təkan verdi. Vətən müharibəsində Azərbaycan gənclərinin torpağa bağlılığı, yurd sevgisi nəyə qadir olduğunu nümayiş etdirdi. Digər tərəfdən qeyd etmək lazımdır ki, buna paralel olaraq arxa cəbhədə də Azərbaycan gəncliyi gecə-gündüz çalışırdı. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır.

   Bu gün biz gənclər Ulu Öndər Heydər Əliyevin ideallarını öz fəaliyyətimizdə daim rəhbər tutmalı və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək dövlətimizi qorumalı və inkişaf etdirməliyik. Yaşasın Azərbaycan!
    Dahi Lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edir, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağımla fəxr edirəm.
100-cü doğum gününüz mübarək xalqın qəlbində əbədilik qazanan dahi Lider Heydər Əliyev.

Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı- Nəcmiyyə Zeynalzadə






Starxeber Bizi instagramda izləyin