14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
“Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba rayonunda növbəti filialı açılıb
Sosial 7.05.2023 142


“Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba rayonunda növbəti filialı açılıb.

İctimai.az xəbər verir ki, bu münasibətlə açılış tədbiri keçirilib.

Tədbirdən öncə qonaqlar Quba rayonunda yerləşən Qırmızı Qəsəbəni ziyarət ediblər. Qəsəbəni ziyarət zamanı Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə “Loqos” Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Səidə Abasova, Millət vəkili, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafailov, “Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva, Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əmir Əliyev, tanınmış revmatoloq Əli Əlizadə, o cümlədən “ROZMARI” İsrail Tibbi Xidmətlər və İnnovasiyalar mərkəzinin baş direktoru Marina Ruzin, “ROZMARI” – nin Azərbaycan və Orta Asiya ölkələri üzrə baş direktoru Ramon Ruzin, “Magen David Group”-un direktoru David Seliverstov, İsrailli tanınmış mütəxəssislər – “ProMedic Center” Mərkəzinin direktoru Nitsan Arduf, tanınmış kardioloq, professor Şoxat Mixayıl, Fizioterapevt Aleksandroviç Lubov, Ortoped Dr. Branşteyn İqal, Mərkəzin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb. “Loqos” ailəsi olaraq fəaliyyətə başladığı ilk gündən dövlətin, ölkə Prezidentinin siyasətini dəstəklədiklərini, öz əməli işləri ilə töhfə verməyə çalışdıqlarını qeyd edib. Quba filialının açılmasından söz açan Mərkəz rəhbəri burada yaşayan sakinlərə psixoloji dəstəklə yanaşı, Qubadan olan peşəkar kadrların hazırlanması sahəsində də töhfə vermək olduğunu söyləyib. Gələcək fəaliyyətlərində filialın əməkdaşlarına uğurlar arzulayıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Səidə Abasova, Millət vəkili Anatoliy Rafailov, “Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva, Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əmir Əliyev və digər qonaqlar çıxış edərək yeni fəaliyyətə başlayan “Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba filialının əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıb, Quba və ətraf rayonların sakinləri üçün Mərkəzin əhəmiyyətindən bəhs edib, rayonda belə bir Mərkəzin açılmasına görə “Loqos” ailəsinə minnətdarlığını bildiriblər.

Sonra tədbir iştirakçıları filialda yaradılan şəraitlə tanış olublar. Açılış münasibətilə tort kəsilib və xatirə şəkilləri çəkdirilib.

Açılış tədbirindən sonra Mərkəzdə “Psixonevroloji” konfrans keçirilib.

Konfrans çərçivəsində İsraildən gələn peşəkar mütəxəssislər “ProMedic Center” Mərkəzinin direktoru Nitsan Arduf, tanınmış kardioloq, professor Şoxat Mixayıl, Fizioterapevt Aleksandroviç Lubov, Ortoped Dr. Branşteyn İqal və tanınmış osteopat, revmatoloq Əli Əlizadə çıxış edərək öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşüb.

Konfrans iştirakçıların sualları və mövzu ətrafında müzakirəsi ilə yekunlaşıb.






Starxeber Bizi instagramda izləyin