14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sosial 5.05.2023 197


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə respublika orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirilmiş “Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır” adlı yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.     
Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 
SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar Xidmət tərəfindən keçirilən silsilə tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, gənc nəslin dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, formalaşdırılması daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur. SHXÇDX tərəfindən təşkil edilən “Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır” adlı müsabiqənin cəmiyyətdə böyük maraqla qarşılandığını, respublikanın müxtəlif bölgələrindən yüzlərlə şagirdin yazı göndərdiyini vurğulayıb. Yazıların hər birində xalqımızın Ulu Öndərə sonsuz sevgisinin ifadə olunduğunu, Ümummilli Liderin dövlətçilik tarixində misilsiz xidmətlərinin əks etdirildiyini diqqətə çatdırıb.
Münsiflər heyətinin üzvü Seyfəddin Səfərov daxil olmuş yazıların hər birinin diqqət və obyektivliklə oxunaraq qiymətləndirildiyini qeyd edib. 
Daha sonra qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Quliyev İbrahim Təhmasib oğlu, 2-ci yerə Hacızadə Nəzrin Elçin qızı, 3-cü yerə isə Şükürzadə Nihad Nizami oğlu layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.
Müsabiqədə iştirak edən 7 nəfər isə həvəsləndirici mükafatla təltif edilib.
Tədbirdə Xidmət tərəfindən bir neçə il əvvəl keçirilmiş müsabiqədə qalib olmuş Şəbnəm Məcidli yazı müsabiqəsi qaliblərini hazırladığı kompozisiya ilə təbrik edib.






Starxeber Bizi instagramda izləyin