17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda konfrans
Sosial 21.04.2023 260


Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda konfrans keçirilib. Konfransda aidiyyəti qurumların məsul əməkdaşları, tibb işçiləri, deputatlar, Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Milli Oftalmologiya Mərkəzinin, Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Zərif və insanpərvər Azərbaycan qadınının təcəssümü” mövzusunda çıxış edib. Zərifə Əliyevanın həmkarlarının və pasiyentlərinin onu “qoruyucu mələk” adlandırdığını qeyd edərək, yüzlərlə insana işıq bəxş etməsindən, köməksizlərə həmdəm olmasından bəhs edib.

Zərifə Əliyeva öz peşəsinə hər zaman vicdanla yanaşmış, zəhmətsevər fəaliyyətində əsil insani dəyər olan vicdana, səmimiyyətə böyük önəm verib. Bütün bilik və gücünü insanların sağlamlığının qorunmasına sərf edib, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərib. 

Y. Abdıyeva “peşə oftalmologiyası"nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən, onun traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, ixtirasından, yazdığı monoqrafiya, dərslik, elmi əsərlərindən geniş bəhs edib.

“Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin –“peşə oftalmologiyası"nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır.” – deyə qeyd edib.

Natiq, həmçinin Zərifə Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışlarının toplandığı "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərindən bəhs edib. O qeyd edib ki, əsərdə alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və "həkim xəstənin ən doğma adamıdır" demişdir. 

Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. 

Y. Abdıyeva bildirib ki, Zərifə Əliyeva bütün ömrünü insanlara xidmət işinə sərf etmiş bir insanın bu gün aramızda olmamasına inanmaq çox çətindir. Lakin, görkəmli alimin, xeyirxah insanın, qayğıkeş ananın adının xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün təsəlliverici məqamdır.

Öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Eyni zamanda, Yazgül Abdıyeva akademik Zərifə Əliyevanın adını daşıyaraq onun irsini davam edən Milli Oftalmologiya Mərkəzi, regional filiallarından və respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji yardım göstərmək üçün avtomobil və Dəmiryolu Səyyar klinikası fəaliyyətindən bəhs edərək oftalmologiyanın daim inkişaf etdiyini bildirib.






Starxeber Bizi instagramda izləyin