İdman
18.04.2023
149
Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Operativ24 xəbər verir ki, 92 kq-dakı Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilverə (İsrail) qalib gəlib.
86 kq-dakı Abubakr Abakarov eyni raundda Dauren Kuruqliyevə (Yunanıstan) yenilib.
61 kq-dakı İntiqam Vəlizadə təsnifatda Taras Markoviçə (Ukrayna) uduzub. Rəqibi növbəti görüşdə məğlub olduğu üçün Vəlizadə medal şansını itirib.
74 kq-dakı Cəbrayıl Qadjiyev Simon Markla (Avstriya) qalib gəlsə də, Frank Çamisoyla (İtaliya) bacarmayıb.
Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili Gennadi Kudinoviç (Almaniya) güclü olsa da, Taha Akgülün (Türkiyə) müqavimətjni qıra bilməyib.
Qadjiyev, Abakarov Meşvildişvilinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici qarşılaşmalara qatılacaqlar.
Bu gün, həmçinin, digər beş sərbəst güləşçi medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
65 kq-dakı Əli Rəhimzadə bürünc medal qarşılaşmasında Erik Aruşanyan (Ukrayna), 79 kq-dakı Səbuhi Əmiraslanov Hetik Çabolovla (Serbiya) üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.