14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Şagird Parlamentinin təşkilatçılığı ilə növbəti görüş
Sosial 18.04.2023 102


Paytaxtdakı 143 nömrəli tam orta məktəbinin reallaşdırdığı “MərkəzdəSiz” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Məktəbin Şagird Parlamentinin iştirakı ilə həyata keçirilən layihənin budəfəki qonaqları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi olub.

Görüşdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Zəfər tarixini əks etdirən barelyefin açılışı olub.

Giriş sözü ilə çıxış edən 143 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayeva qonaqları salamlayaraq “MərkəzdəSiz” layihəsi barədə ətraflı məlumat verib.

BŞTİ-nin müdir müavini Anar Məmmədov çıxışı zamanı savadlı, dünyagörüşlü, cəmiyyətə faydalı şəxsiyyətlər kimi yetişmələri üçün məktəblilərə bir sıra vacib tövsiyələr verib. Hadisələrə məntiqli yanaşmaq və imkanları fürsətə çevirməyin önəmindən danışan A.Məmmədov bildirib ki, uğur qazanmaq üçün ağıl, ruh və bacarıq əsas rol oynayır. Məktəbliləri cəhd etməkdən çəkinməməyə çağıran A.Məmmədov başqalarının uğur yolunun ən böyük motivasiya qaynağı olduğunu vurğulayıb.

 “Əvvəlki sən olma, yeni sən yarat” mövzusunda çıxış edən T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi şagirdlərə uğura gedən yolda qarşıya çıxan çətinliklərlə mübarizə aparmağın, yeni ideya və məqsədlər formalaşdırmağın yollarından danışıb. C.Mənsimi müəllifi olduğu “Uğur kitabı”nı məktəblilərə hədiyyə edib.

Qeyd edək ki, “MərkəzdəSiz” lahiyəsinin əsas məqsədi X-XI sinif şagirdlərinə ixtisas seçimi, karyera planlamasına dair tövsiyələr vermək, peşəyə yönəlməyə təsir edən amillər, uğura gedən yolun sirrləri, müstəqil qərarvermə bacarıqlarının formalaşdırılması istiqamətində dəstək olmaqdan ibarətdir.






Starxeber Bizi instagramda izləyin