14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
"Synergy" idmanımıza, idman jurnalistikamıza və Gənclər və İdman Nazirliyinə sayğısızlıq edir...
Sosial 17.04.2023 531

"Synergy": İdmanımızın işıqlandırılmasını istəməyən qurum – İZAHAT TƏLƏB EDİRİK

Ölkədə belə bir qurum var: Synergy Partnership.

Bu qurum başından böyük işlər görməyə başlayıb. Deyilənə görə, bu qurumun keçmiş vergilər naziri Fazil Məmmədova məxsus olmuş "Synergy Group"a aidiyyatı yoxdur. Hər halda özləri belə deyir. Amma Azərbaycan adlı balaca məmləkətdə eyni adlı 2 qurumun olması çox təəccüb doğurur. 

"Synergy Partnership" – adından da göründüyü kimi qurumun məqsədi tərəfdaşlıq etməkdir. Bu şirkət qurumlara pul müqabilində media ilə əlaqələrin yaradılmasında, onlara press-relizlərin (informasiya mətni) təqdim olunmasında köməklik götürmək öhdəliyini daşıyır. 

Synergy.az saytına daxil olduqda göstərilən PR xidmətlər arasında məhz bunlar var:

• PR planın hazırlanması
• Media ilə əlaqələr
• Press relizlər
• Media monitorinq
• Mətbuat konfransları
• Media turlar
• Müsahibələr

2008-ci ildə yaradılan və özünü PR və Marketinq şirkəti adlandıran bu qurum görünür, öz vəzifə missiyalarını unudub və qara işlərlə məşğuldur. Uzun illərdir ki, Baku City Circuit (Bakı Şəhər Halqası) ilə əməkdaşlıq edən şirkət artıq jurnalistlər arasında seçim etməyə başlayıb. Deyəsən, ölkəmiz üçün turistik baxımdan əhəmiyyətli sayılan "Formula 1" tədbirinin işıqlandırılmasında bu şirkət maraqlı deyil. Hər halda görünən son mənzərə budur. Bakı Şəhər Halqasının son tədbirlərində jurnalistlər və fotoqraflar arasında ayrı-seçkilik salınmağa başlanıb. Onların bəziləri tədbirlərə dəvət olunmurlar. Bu insanlar arasında daha əvvəllər "Formula 1" tədbirlərində akkreditasiyadan keçmiş mətbuat nümayəndləri də var. Sizə whatsapp qrupunda olan yazışmaları təqdim etməyimiz kifayətdir ki, hər şeydən hali olasınız... 

Hədyanlıq bununla da bitmir. May ayında ölkəmiz ilk dəfə taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Azərbaycan Taekvondo Federasiyası da mətbuatla əlaqələrin qurulması, jurnalist və fotoqrafların mətbuat konfranslarına dəvət olunması üçün məhz "Synergy"ni seçib. Ancaq bu şirkət "Formula 1"də olduğu kimi, yenə ayrı-seçkiliyə yol verib. Halbuki bu şirkətin xanım əməkdaşları əvvəllər dəfələrlə bəndənizə email göndərib, tədbirə dəvət ediblər (bu barədə şəkillərdə tanış ola bilərsiz). İndi isə mətbuatla idman qurumları arasında əlaqələrin qurulmasına məsul "Synergy" çirkin siyasətə keçib.

Bilmirəm, bu şirkətin rəhbəri kimdir və ya onun bu baş verənlərdən xəbəri varmı? Ancaq bizə bu zərrə qədər də maraqlı deyil. Bizə maraqlı olan odur ki, "Synergy" əməkdaşlıq adı altında ayrı-seçkiliklə məşğul olur və Milli Olimpiya Komitəsinin prezidenti də olan ölkə başçısı İlham Əliyevin idman siyasətinə zidd hərəkət edir. Bu qurumdan rəsmi izahat tələb edirik: Niyə Azərbaycan idmanını 15 ildən çoxdur ki, işıqlandıran Səbuhi Musa və digər şəxslərin imzası onlarda narahatlıq doğurur? Onlara bu əmri verən şəxslər kimlərdir? "Formula 1" kimi mötəbər turnirin, taekvondo üzrə dünya çempionatının bizim tərəfimizdən işıqlandırılmamasını bu qurum və onlara tapşırıq verən şəxslər niyə istəmir?

Prosport.az






Starxeber Bizi instagramda izləyin