17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb
Sosial 10.04.2023 521

Mobil operator “Nar” 2022-ci ildə müxtəlif əhəmiyyətli sosial layihələrə ayırdığı vəsaitin məbləğini açıqlayıb. Ötən il ərzində mobil operator fiziki məhdudiyyətli insanların dəstəklənməsi, elm və təhsil, eləcə də milli-mənəvi irs və vətənpərvərlik istiqamətində müxtəlif layihələrə 5 milyon AZN-dən çox vəsait yatırıb. 
“Nar” olaraq 2022-ci ildə 20-dən çox sosial layihə gerçəkləşdirdik. Bu layihələr birbaşa minlərlə insanın həyatına müsbət dəyişiklik gətirib. Bundan başqa, beynəlxalq səviyyədə qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək üçün BMT-nin Qlobal sazişinə qoşulan ilk mobil operator olduq ki, bu da bizə sosial təşəbbüslərdə beynəlxalq təcrübədən yararlanmağa imkan verir. Cari ildə də önəmli sosial layihələrə dəstəyimizi davam etdirmək niyyətindəyik”, – deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.
Ötən il həyata keçirilən layihələrdən “Təlim Məktəbi” və “Jestdili.az” ı xüsusi vurğulamaq lazımdır. “Təlim Məktəbi” layihəsində nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və maddi sərbəstliyi üçün müxtəlif peşə təlimləri tədris olunur. Bundan başqa, “Jestdili.az” eşitmə və nitq məhdudiyyətli şəxslərin daha rahat ünsiyyətinə dəstək məqsədilə yaradılmış onlayn lüğətdir. İstifadəçilərin harada olmasından asılı olmayaraq daim faydalanma imkanı verən bu lüğətdə video, foto və təsviri mətn formasında 5 mindən çox söz toplanıb. 
Həyata keçirilən layihələr ölkədə və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, “Jestdili.az” layihəsi “NETTY 2022” milli internet mükafatını qazanmış, öncəki illərdə isə “Təlim Məktəbi” layihəsi “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində “Ən yaxşı sosial layihə” nominasiyasında qalib olub. “Nar”ın həyata keçirdiyi digər sosial layihələri ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 
      “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.






Starxeber Bizi instagramda izləyin