17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Park Cinema" Alov Qüllələrində "Evdə qalmış" filminin təqdimatı keçirilib
Maqazin 16.02.2023 190

"Park Cinema" Alov Qüllələrində "Evdə qalmış" filminin təqdimatı keçirilib.


Gecədə filmin baş rol ifaçıları Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Sanura Cəfərova, Kənan Yusifov və başqaları iştirak edib.

Film nümayişindən öncə qardaş ölkə Türkiyədə baş vermis zəlzələdə həlak olanların xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Ümumilikdə gecədə 600 nəfərdən çox izləyici iştirak edib, film insanlar tərəfindən böyük marağla qarşılanıb.
Ətraflı

Filmin rejissoru Valeh Əhmədov kino sahəsində çalışan həmkarlarına müraciət edib: "Kino sahəsində çalışan dostlarımıza təklif edirəm ki, hər zaman bir birimizə dəstək olaq, biz bir-birimizə dəstək olmasaq kinematoqrafiyamız inkişaf etməyəcək. Mən hər zaman həmkarlarıma dəstək olmağa hazıram, onlardan da bu dəstəyi gözləyirəm"


Baş rollardan birini canlandıran aktrisa Həmidə Ömərova film haqqında təəssüratlarını bölüşüb: "Filmdə çəkiləndə nəticənin necə olacağını bilmirdik, amma hər kəs bütün çəkiliş heyəti böyük həvəslə çalışırdı və nəticədə isə həqiqətəndə gözəl bir iş ortaya çıxartdıq. Ümid edirəm ki, tamaşaçılarda filmi bəyənəcəklər".

Ekran işində əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə 30 yaşına qədər evlənməlidir. Qonşunun, qohum-əqrəbanın "Evdə qalmısan?", "A bala nə vaxt tərpənirsən?" kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır.






Starxeber Bizi instagramda izləyin