17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Dünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə “yamadılar” - FOTO
Sosial 15.02.2023 167

Bu mənzərə ucqar kəndlərdə deyil, Bakının Xətai rayonunda qeydə alınıb. Bura 3-4 min nəfər insanın yaşadığı böyük bir küçənin, Mirzə Davud küçəsinin girişidir.


Bu yolun bərbad vəziyyətdə olması barədə əvvəllər də material hazırlayıb. Kanalizasiya sularının axdığı çala-çuxur yolda dəfələrlə insanlar yıxılıb, xəsarət alıblar. Yerli bələdiyyə hər gün yüzlərlə insanın, xüsusən məktəblilərin keçib getdiyi bu yolu gah karton kağızlarla, gah taxta parçaları ilə, gah da torpaq tökərək abıra salmaq istəyib. Amma göydən bir damla yağış düşən kimi torpaqla karton bir-birinə qarışıb, çox biabırçı vəziyyət yaranıb.


İndi isə bu yola xalı sərərək eyiblərini örtməyə çalışıblar. Bu, dünyanın heç bir yerində görünməmiş bir haldır. Analoqu yoxdur.

Mirzə Davud küçəsinin sakinləri dəfələrlə yolun təmir edilməsi xahişi ilə əlaqədar qurumlara müraciət ediblər. Küçədə yollar o dərəcədə bərbad haldadır ki, taksi sürücüləri bu əraziyə gəlmək istəmir, yanğın, təcili tibbi yardım maşınları bu küçəyə gəlib xəstə apararkən özləri “xəstə” düşür, evakuatorla geriyə qayıdırlar.

Anlamaq olmur, Xətai Rayon İcra Hakimiyyəti, yolların təmir tikintisi ilə məşğul olan qurumlar bu analoqu olmayan təmir üsulları ilə əraziyə turist cəlb etməyə çalışırlar, yoxsa insanlara o qədər çox dəyər verirlər ki, gələn-gedənin ayağı altına xalı sərirlər. Amma, nə yazıq ki, qırmızı xalı yox, suyun üzərini örtmək üçün palçıqlı xalı.






Starxeber Bizi instagramda izləyin