15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
“Red Bull Qaçaqaç” turnirinin qalibləri bəlli oldu - Fotolar
Sosial 5.02.2023 144


Qış mövsümünün ən maraqlı və həyəcanlı tədbiri olan “Red Bull Qaçaqaç” sona çatdı. 150 nəfərdən çox iştirakçının qatıldığı tədbirdə xizək və snoubord sürənlər bir araya gələrək yarışdılar. 
“Şahdağ Turizm Mərkəzi”ndə keçirilən “Red Bull Qaçaqaç” tədbirinə həm həvəskar həm də peşəkar qış idman sevərləri qatılıb. 
2351m yüksəklikdən start götürən yarışda iştirakçılar əvvəlcədən hazır qoyduqları snoubord və xizəklərinə doğru qaçmalı, onları sürətlə geyinərək 5 km-lik məsafəni sürüşməli idilər. 
Nəticədə ən sürətli sürüşən 5 nəfər qalib seçildi. Xanımlar arasında ən sürətli xizək və snoubord üzrə Nigar Əmirova və Günel Teymur, kişilər arasında isə ən sürətli xizək və snoubord sürən Rauf Mirzəmov və Cahangir Muradov “Red Bull Qaçaqaç” yarışının qalibləri seçildi.  
Subaru Azərbaycan Avtomobil Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Red Bull Qaçaqaç tədbirində “ən kreativ geyim” kateqoriyası üzrə iştirakçısı İlkin Əliyev öz görünüşü ilə hər kəsin diqqətini çəkməyi və münsiflərdən ən yüksək xal toplamağı bacararaq yarışın qalibi oldu. 
Bütün kateqoriyalar üzrə qalib gələnlər “Red Bull”dan 500 azn pul mükafatı və müxtəlif hədiyyələr, həmçinin “Şahdağ Turizm Mərkəzi”ndən vauçerlər qazandılar. 

Ölkəmizdə artıq ikinci dəfədir baş tutan “Red Bull Qaçaqaç” yarışı “Red Bull Homerun” adı ilə dünyanın bir çox ölkələrində keçirilir. Əsas məqsəd qış idman növlərinə olan marağı artırmaq və insanlara əyləncəli anlar bəxş etməkdir.  






Starxeber Bizi instagramda izləyin