15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
“Bakı Dialoqları” jurnalının növbəti sayı nəşr edilib
Sosial 2.02.2023 140


ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının qış 2023 sayı nəşr edilib.

“Bakı Dialoqları”nın bu nəşri Azərbaycanda, Cənubi Qafqazda və İpək Yolu regionunda (“Avrasiya”) baş verən hadisələri izləyənlərin mütaliəsi üçün vacib mənbə olacaq.

Cari nəşrdə tanınmış ekspertlər, analitiklər və tədqiqatçılar tərəfindən yazılmış yeddi orijinal məqalə yer alıb.

Jurnalın səhifələrində oxucular Azərbaycanın müasir geostrateji istiqaməti ilə bağlı dərin təhlillər ilə tanış olmaq imkanı əldə edəcəklər. Belə ki, oxucular ölkənin iki əsas ikitərəfli münasibətləri (İsrail və Fransa), İpək Yolu regionunda iki vacib inkişaf amili (Aİ-nin Şərq Tərəfdaşlığına yenidən baxması və Türkiyə qaz qovşağı), eləcə də iki mühüm daxili tendensiya (Qarabağa Böyük Qayıdış siyasətinin həyata keçirilməsində “ağıllı kənd” konsepsiyasının rolu və miqrasiya probleminin riskləri və ya qazancları) barədə məqalələri oxuya biləcəklər.

Jurnalda yayımlanan məqalələrə İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenkin müəllifi olduğu “Ərimiş Aysberq: İsrail və Azərbaycan arasında strateji əlaqələrin genişləndirilməsi”, İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı Maksim Quenin “Fransa-Azərbaycan Münasibətləri: Reallıqlar və Anlaşılmazlıqlar” və Brüsseldə yerləşən müstəqil beyin mərkəzi olan Avropa Qonşuluq Şurasının direktoru Samuel Doveri Vesterbye tərəfindən yazılan “Aİ Xarici Siyasətini Yeniləmə vaxtıdır? Müharibə dövründə Aİ və İpək Yolu Regionu” məqalələri daxildir. 

Həm tam nəşrə, həm də nəşrə daxil olan məqalələrə ayrılıqda veb-səhifəmizdən daxil olmaq olar: bakudialogues.ada.edu.az








Starxeber Bizi instagramda izləyin