17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Birlikdə üzək
Sosial 15.12.2022 142

 
Dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi ölkə üzrə eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirəcək. Yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.
 
Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçiriləcək. Yarışlar dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.
 
Yarışlarda iştirak ödənişsizdir. Qeydiyyat üçün registration@mys.gov.az e-mailinə adınızı, soyadınızı, yaşınızı, telefon nömrəinizi, yarışacağınız tarixi, vaxtı (10:00-13:00 və ya 15:00-18:00), üzəcəyiniz hovuzun adını yazıb göndərmək və ya sadəcə 187 qısa nömrəsinə (yaxud 012-499-79-85) zəng etmək (saat 09:00-dan 18:00-dək) kifayətdir.
 
Yarışlar aşağıdakı idman komplekslərinin üzgüçülük hovuzlarında keçiriləcək:
1.Abşeron Olimpiya İdman Kompleksi
2.Ağcabədi Olimpiya İdman Kompleksi
3.Astara Olimpiya İdman Kompleksi
4.Balakən Olimpiya İdman Kompleksi
5.Beyləqan Olimpiya İdman Kompleksi
6.Bərdə Olimpiya İdman Kompleksi
7.Biləsuvar Olimpiya İdman Kompleksi
8.Cəlilabad Olimpiya İdman Kompleksi
9.Gəncə Olimpiya İdman Kompleksi
10.Goranboy Olimpiya İdman Kompleksi
11.Göyçay Olimpiya İdman Kompleksi
12.Göy-Göl Olimpiya İdman Kompleksi
13.Hövsan Olimpiya İdman Kompleksi
14.Xaçmaz Olimpiya İdman Kompleksi"
15.İmişli Olimpiya İdman Kompleksi"
16.İsmayıllı Olimpiya İdman Kompleksi"
17.Kürdəmir Olimpiya İdman Kompleksi
18.Qusar Olimpiya İdman Kompleksi
19.Lənkəran Olimpiya Idman Kompleksi
20.Sumqayıt Olimpiya İdman Kompleksi
21.Şağan Olimpiya İdman Kompleksi
22.Şəki Olimpiya İdman Kompleksi
23.Şəmkir Olimpiya İdman Kompleksi
24.Şirvan Olimpiya İdman Kompleksi
25.Tərtər Olimpiya İdman Kompleksi
26.Tovuz Olimpiya İdman Kompleksi
27.“Kür” Olimpiya Tədris İdman Mərkəzi
28.Bakı Su İdman Sarayı
29.Sərhədçi İdman Olimpiya Mərkəzi
30.Bakı Tennis Akademiyası






Starxeber Bizi instagramda izləyin