14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
“Avropa İttifaqı 13 min sahibkarlıq subyektinə dəstək verib, hədəf 25 mindir”
Siyasət 15.12.2022 224

“Bu günədək Azərbaycanda, xüsusən bölgələrdə 13 min kiçik və orta sahibkarlıq subyektinə dəstək vermişik. Nəticədə məşğulluğa az da olsa tövhəmiz olub. İki min iş yeri açılıb və həmin sahibkarlıq subyektlərinin fəaliyyəti nəticəsində 63 milyon avro gəlir əldə olunub”.

Bu barədə məlumatı bu gün Avropa İttifaqının(Aİ) Azərbaycandakı səfiri Peter Mixalko ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Azərbaycanda əsas prioritet məsələlərdən biri olan əhalinin məşğulluqla təminatı növbəti illərdə də nəzərdə saxlanılacaq və kiçik və orta sahibkarlıq subyektlərinin sayının 25 minə çatdırılması planlaşdırılır.
“Biz əsasən kənd və rayon yerlərində əhalinin sosial rifahının yaxşılaşdırılmasına və onların öz təsərrüfatının, məhsullarının satışı və istehsalına lazım olan dəstək proqramları reallaşdırırıq. Çünki buna daha çox ehtiyac var. Qeyri-neft sektorunu əsas tutaraq, ekoloji mühütün qorunması, yaşıl və rəqamsal iqtisadiyyatın inkişaf etdirilməsi də əsas prioritetlərdəndir. Biz Azərbaycan höküməti ilə qarşılıqlı, sıx əməkdaşlıq çərçivəsində işləyirik. Elə ötən həftə hökümət nümayəndələri ilə görüş nəticəsində işçi qrup yaratmışıq. Biz hansı sahələrə dəstəyin verilməsi ilə bağlı Azərbaycan hökümətindən hər zaman verilən təkliflərə açığıq”, deyə səfir əlavə edib.Təhsil sahəsində dəstək proqramlarından danışan diplomat əlavə edib ki, Aİ ölkələrində Erasmus+ proqramı, tələbə mübadiləsi, eləcə də elm adamlarının qarşılıqlı təhsili olaraq davam edir.
“Hazırda 25 universitet bu proqramda iştirak edir, Azərbaycanın qabaqcıl beş universitetinin müvafiq layihələri uğurla həyata keçirilir. Pandemiya sonrası Avropaya üz tutan xeyli tələbə, elm adamları olduğundan viza məsələsində problemlər var. Ümid edirik ki, bu da yaxın vaxtlarda həllini tapacaq.”
Diplomat hazırda həyata keçirilən layihələrdən bir neçəsi barədə də məlumat verib.
“Bu layihələrdən biri Gəncədə küçələrin işıqlandırılmasını təmin edən, digəri isə Bakı Limanının beynəlxalq standartlara cavab verən, dayanıqlı inkişafı üçün həyata keçirilən layihələrdir. Başqa bir layihə də,bölgələrdə yüksək sürətli internetin təminatına verilən dəstəklə bağlıdır”, Aİ səfiri əlavə edib.






Starxeber Bizi instagramda izləyin