17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
AHK Impuls enerji keçidini diqqət mərkəzində saxlayır
Sosial 15.12.2022 310


Dekabrın 13-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 50-dən çox
üzv şirkət nümayəndələri və Palata tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil
edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Energetika nazirinin müavini cənab Samir
Vəliyev “Azərbaycanda enerji keçidi üçün perspektivlər və enerji təhlükəsizliyi siyasəti”
mövzusunda çıxış edib. Görüşdə, həmçinin Uniper Global Commodities SE şirkətinin vitseprezidenti cənab Dr. Michael Hilmer və KPMG Azərbaycanın idarəedici partnyoru cənab Vitaly
Yakovlev Azərbaycanda enerji keçidi mövzusunda çıxış ediblər.
AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir
iştirakçılarını salamlayıb və tədbirə göstərdiyi dəstəyə görə KPMG Azərbaycana minnətdarlığını
bildirib. O, daha sonra sözü tədbirin fəxri qonağı cənab Samir Vəliyevə verib.
Azərbaycanın enerji sektoru haqqında məlumat verən cənab Vəliyev bildirib ki, Azərbaycan
hazırda enerji strategiyasının 3-cü pilləsindədir və bu strategiya, Azərbaycanın, eləcə də xarici
tərəfdaşlarının enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib.
Azərbaycan və Almanya ikitərəfli əlaqələrinin inkişafından danışan nazir müavini bildirib:
“Azərbaycan Almanyanın Cənubi Qafqazda mühüm ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz
arasında ticarət dövriyyəsi 57% artımla 1.3 milyard dollara yaxın olub. Son dörd il müddətində
Almanya 5.7 milyon tondan çox Azərbaycan neftiylə təchiz olunub. Bu ilin yanvar-avqust
aylarında Almanya ixracımızın 96.6 %-ni xam neft təşkil edib.”
Cənab Vəliyev eyni zamanda, ölkəmizdə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində
görülən işlər haqqında məlumat verib. Daha sonra, bərpa olunan enerji mənbələri üzrə
Azərbaycanın yüksək potensialından söz açıb və özəl investisiyaların dövlət investisiyalarını əvəz
etdiyi müsbət mühiti vurğulayaraq, Azərbaycanın yaşıl enerji keçidinə tam şəkildə hazır
olduğunu bildirib.
Daha sonra Dr. Michael Hilmer tədbir iştirakçılarını Almaniyada enerji keçidi mövzusunda
məlumatlandırıb. Həmçinin bildirib ki, bugünkü AHK Impuls tədbiri həm də enerji keçidi üzrə
yeni AHK işçi qrupunun təsis tədbiridir


Çıxışında yerli investorların perspektivini gündəmə gətirən Vitaly Yakovlev, investisiyaların
gəlirliyinin davamlılığının vacibliyini vurğulayıb və məsələyə fərqli nöqtələrdən işıq salıb.
Tədbir aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb.






Starxeber Bizi instagramda izləyin