17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Aİ və Azərbaycan investisiyaların artırılması və iş yerlərinin yaradılması üçün əməkdaşlığı gücləndirir
Sosial 8.12.2022 197


Bu gün Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni koordinasiya orqanı Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), habelə Aİ-na üzv dövlətlərinin maliyyə inkişaf institutları ilə birlikdə Aİ-nın dəstəyi ilə prioritet investisiyaları Avropanın komanda ruhunda istiqamətləndirib, müəyyənləşdirəcək. Bu, blendinq və zəmanət kimi innovativ maliyyə alətlərindən istifadə edərək ölkəyə 2 milyard avroya qədər investisiyanın mobilizasiyası vasitəsi ilə Azərbaycanın İqtisadi və İnvestisiya Planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək. Bu cür prioritet investisiyalar Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi, ölkə daxilində layiqli iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə verəcək.
İqtisadi və İnvestisiya Planı Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasətinin investisiya sütunu olub, demokratik institutları gücləndirmək üçün idarəetmə sütunu ilə fəaliyyət göstərir. Bu iki sütun sabit biznes mühiti yaratmaq və iqtisadi sərmayələr gətirməklə insanlara nəzərəçarpacaq faydalar təmin etmək üçün birlikdə işləyir. İqtisadi və İnvestisiya Planı, həmçinin bütün dünyada davamlı və etibarlı rəqəmsal, enerji və nəqliyyat əlaqələrinin qurulmasında Aİ-nin “Qlobal Gateway” strategiyasını dəstəkləyir.
Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit deyib: “İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycanla sıx tərəfdaşlığımızın daha bir bariz göstəricisidir. İqtisadi və İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir: 90 milyon avroya qədər vəsait ayrılıb və əhəmiyyətli investisiya layihələri həyata keçirilir. Bura Gəncədə küçə işıqlandırmasının yaxşılaşdırılmasına və ölkə daxilində kiçik biznesin maliyyəyə çıxışının dəstəklənməsinə ayrılan investisiyalar daxildir. Birgə işçi qrupumuzun fəaliyyətə başlaması ilə biz Azərbaycan və onun xalqının İqtisadi İnvestisiya Planında nəzərdə tutulan investisiya potensialından daha çox faydalanmasını təmin edə bilərik!”
Yüksək səviyyəli işçi qrup prioritet investisiya layihələrini müəyyən etmək və birgə icra etmək üçün müntəzəm olaraq Avropa Komissiyasının, Azərbaycan hökumətinin və Avropa beynəlxalq maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək. O, bərpa olunan enerji, əlaqələndirmə, KOB-lar, yaşıl və rəqəmsal texnologiyalara keçidlə bağlı investisiyaları araşdıracaq.
Aİ Azərbaycanda islahatlar üzrə əsas tərəfdaş olaraq qalır.
Məlumat
2021-ci ilin iyulunda Avropa Komissiyası Şərq Tərəfdaşlığı üzrə iddialı İqtisadi və İnvestisiya Planı irəli sürdü. Növbəti illərdə bu plan qrantlar, blendinq və zəmanətlər şəklində Aİ büdcəsindən 2,3 milyard avro səfərbər edəcək, regionda 17,3 milyard avroya qədər dövlət və özəl sərmayə cəlb etmək potensialı yaranacaq. Bu, iş yerlərini və inkişafı stimullaşdıracaq, əlaqələndirmə, yaşıl və rəqəmsal texnologiyalara keçidi dəstəkləyəcək.
İqtisadi və İnvestisiya Planı Aİ və Azərbaycan arasında uzunmüddətli əməkdaşlığa əsaslanır və bu əməkdaşlığı investisiyalar sahəsində Avropanın komanda ruhunda AİB və AYİB, eləcə də Aİ-na üzv dövlətlərin maliyyə inkişaf institutlarının yaxından iştirakı ilə daha da genişləndirir. Avropa İttifaqı uzun müddətdir ki, Azərbaycanda islahatları, iqtisadi inkişafı və diversifikasiyanı dəstəkləyir. O, bunu həmçinin vətəndaş cəmiyyəti vasitəsilə minaların təmizlənməsi, təhsil, məhkəmə islahatları və enerji səmərəliliyi kimi müxtəlif sahələrdə, yardım göstərərək edib.









Starxeber Bizi instagramda izləyin