17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Ekspert: "Kriptovalyutaların alqı-satqısı ilə bağlı "qara bazar" riski var"
İqtisadiyyat 25.11.2022 212

Azərbaycanda yeni nəsil əhali blokçeyn texnologiyalarından, o cümlədən kriptovalyutalardan istifadəyə daha nikbin yanaşır. Amma rəqəmsal valyutaların alqı-satqısı ilə bağlı "qara bazar" riskləri var.


Operativ24 xəbər verir ki, bunu Azərbaycan banklarından birinin texnologiya üzrə baş direktoru Vüsal Xəlilov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi, AMB, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, təcrübəli insanlar həmin riskləri görür: “Burada həm vergidən yayınma halları, həm də keyfiyyətsiz məhsul və xidmətlərin özünə yer etməsi ola bilər. Digər tərəfdən isə nəzarətsiz maliyyə axını daha böyük miqyaslı problemlərin əsasını qoya bilər. Hesab edirəm ki, nəzarət bu sahədə çox önəmlidir. Biz nəzarəti iki hissəyə bölə bilərik. Birincisi hansısa mərkəzləşdirilmiş təşkilatların, Mərkəzi Bankların və digər qurumların nəzarəti, ikincisi isə hüquqi müstəvidə bir nəzarət ola bilər”, - deyə o qeyd edib.

"Statistikaya baxsaq təkcə “Bitcoin change” üzərindən itirilmiş və oğurlanmış məbləğin 140 milyard ABŞ dolları olduğunu görərik. Bu məbləğ “Bitcoin”in qiymətinə əsasən arta və yaxud azala bilər, ancaq bu məbləği iki dəfə azaltsaq belə kifayət qədər yüksəkdir. Bu hallarda Mərkəzi Bankların və yaxud digər bankların çıxış edəcəyi qarşı tərəf yoxdur və bu halın özünün riski var. Digər tərəfdən isə biz görürük ki, bir çox kripto layihələrdə mərkəzləşdirilmiş olmama çox üstün bir faktor kimi göstərilir. Əlbəttə, bunun müsbət tərəfləri də var, amma bu proses mərkəzləşdirilmiş olduğu halda, yəni arxada hər hansı bir bank və yaxud təşkilat olduğu halda müştərilərin maraqları qorunur”, - deyə ekspert əlavə edib.

Bank rəsmisi kripto layihələrin mərkəzləşdirilmiş olmadığı hallarda müştərinin öhdəliyinin artdığını və maraqlarına olan kiber hücumlara qarşı qorunmanın bu sahədə olan biliklərindən asılı olduğunu qeyd edib: "Bu gün biz görürük ki, hansısa bir müştəri digər müştəriyə pul köçürməsi etdiyi halda gecikmə və yaxud çatışmazlıq olduğunda, onların müraciət etməyi üçün bir neçə instansiya var. Amma mərkəzləşdirilməmiş birjalarda və digər nəzarətsiz maliyyə axınının olduğu bazarlarda səhv olduğu halda müraciət ediləcək bir qurum yoxdur. Hesab edirəm ki, ən böyük risklər bu müştərilərin öz rəqəmsal aktivlərini itirməsi, keyfiyyətsiz məhsul və xidmətlər alınmasıdır. Bu səbəbdən iki dəyişməz vacib amil var. Texnoloji innovasiyanın qarşısını almaq mümkün deyil. Digər tərəfdən isə hər birimiz bu sahədə öz bilik və bacarıqlarımızı artırmalıyıq. Bu barədə həm Mərkəzi Bank, həm də, digər banklar treninqlər keçirməli, məlumatlandırma işi aparılmalıdır ki, vətəndaşlar öz biliklərini artırsın”.






Starxeber Bizi instagramda izləyin